Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert salonuna edilən hücumda 5 silahlı şəxs mülki şəxslərin üzərinə güllə yağdırıb. Hücum nəticəsində 60-dan çox insan həlak olub. İlk açıqlamanı Putin verib.
Elchi.az xəbər verir ki, Rusiyada konsert salonunda törədilən terror aktından sonra dünyanın diqqəti Putinin ilk açıqlamasına çevrildi.
Prezident Vladimir Putin hücumdan sonra verdiyi ilk açıqlamada hücumda yaralanan hər kəsin tezliklə sağalmasını arzulayıb, Kreml isə Putinə Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri də daxil olmaqla təhlükəsizlik rəisləri tərəfindən hər dəqiqə məlumat verildiyini bildirib.
Rusiyada hücumla bağlı 11 nəfər saxlanılıb. Onlardan 4-nün hücumda birbaşa iştirak edən şəxslər olduğu öyrənilib.
Hücum edənlərin hamısı Tacikistan vətəndaşıdır və adları belədir:
1) Nəsridinov Məhmədrəsulun 37 yaşı var
2) İsmonov Rivojidin 51 yaşı var
3) Safolzoda Şoxinjonn 21 yaşında
4) Nəzərov Rüstəm 29 yaşındadır.
Nuranə Məmmədova