Rusiyada sayqa istilası: Fermerlər Putindən kömək istəyirlər

Rusiyanın Saratov vilayətinin fermerləri sayqanın vurduğu ziyana görə səlahiyyətlilərdən kömək istəyib. Ehtimal olunur ki, may ayının sonuna kimi 500 min sayqanın Qazaxıstandan Rusiyaya keçdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Rusiyanın Saratov vilayətindəki fermerlər prezident Vladimir Putinə müraciət edərək, sayqaların “işğal”ı ilə mübarizədə onlara köməklik istəyiblər. Bildirilib ki, antilop növü olan Sayqa Qazaxıstandan köç edərkən fermerlərin əkin sahələrinə ziyan vurur.
Telegram hesablarında zəng edən bir çox fermer sayqaların sayının son illərdə nəzarətdən çıxdığını və Rusiyada bu heyvanların sayının 1 milyona çatdığını bildirib.
Şayəstə Hüseynova