"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?

19 Dekabr 2014 - 20:50
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

img1706648Rusiyada rublun dəyərinin 40-45 faiz azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Son aylarda bu ölkədə daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İqtisadi böhran səbəbindən bizneslərini qorumağa çalışan şəxslər bir neçə mənzillərindən birini satmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu da bazarda təklifin  artmasına səbəb olur.
Digər tərəfdən insanlarda pul vəsaitlərinin azalması və rublun dəyərdən düşməsi mənzil bazarında alıcılığı zəiflədib. Təklifin artması və tələbin azalması Rusiyada daşınmaz əmlakın qiymətinin iki dəfədən artıq ucuzlaşmasına səbəb olub. Ekspertlər bu prosesin eyni sürətlə davam edəcəyi haqqında proqnozlar verirlər.
Bəs, görəsən, Rusiyada mənzil bazarında özünü göstərən bu vəziyyət Azərbaycanda da təkrarlana bilərmi?
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a müsahibəsində bildirdi ki, 
Bakıda mənzillərin qiymətində artıq enmə müşahidə olunur: “Ancaq bu enmələr elə də yüksək deyil və aylıq olaraq 3% ucuzlaşma müşahidə olunur. Bu səbəbdən güman etmək olar ki, dekabr ayında qiymətlərin azalması daha sürətlə gedəcək. Rusiya paytaxtı Moskvada olduğu kimi, mənzillərin qiymətinin kəskin aşağı düşməsi gözlənilmir. Çünki Rusiyadan fərqli olaraq, Azərbaycanda neftin dünya bazarındakı qiymətinin azalması o qədər də təsir etmir. Digər tərəfdən Rusiyada olduğundan fərqli olaraq Azərbaycanda mili valyutanın dəyərini qoruyub saxlamaq mümkün olacaq. Rusiyaya tətbiq edilən sanksiyalar və bu ölkədə iqtisadiyyata olan inamın azalması əmlak bazarına birmənalı şəkildə mənfi təsir edir. Azərbaycanda da mənzil bazarında növbəti aylarda enmə tendensiyası davam edəcək. Bu tendensiyanın neftin dünya bazarında ucuzlaşması ilə paralel olaraq davam edəcəyi gözlənilir. Ancaq yeni tikililərdə xərclər yüksəkdir. Əslində yeni tikililərdə inşaat xərclərinin azaldılmasına ehtiyac var. Mövcud xərclərlə daşınmaz əmlak bazarında sürətli azalmalara nail olmaq mümkün deyil.
Amma güman edilir ki, 2015-ci ildə qiymət azalması 10%-dən artıq ola bilər. Bu, birmənalı şəkildə Rusiyada baş verən proseslərdən asılıdır. Çünki Rusiyadan gələn vəsaitlər azalır. Ötən il Rusiyadan gələn vəsaitlərin həcmi bir milyarddan artıq olub. 2015-ci ildə isə bu vəsaitin təxminən 30% azalacağı gözlənilir. Digər tərəfdən Rusiyadakı azərbaycanlıların biznes fəaliyyətində problem var. Onların Bakıda bir neçə mənzili var və indiki halda o mənzillərdən birini satıb, Rusiyadakı bizneslərini böhrandan qorumağa çalışırlar. Bu da bazarda təklifin artmasına, tələbin azalmasına səbəb olacaq”.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da musavat.com-a açıqlamasında mənzil bazarında artıq ucuzlaşmanın müşahidə olunduğunu vurğulayıb: “Gələcəkdə də mənzillərin ucuzlaşması proqnozlaşdırılsa da, bunun hansı hədd qədər davam edəcəyini demək çətindir”.
Ekspert bildirdi ki, neftin ucuzlaşması ilə daşınmaz əmlakın qiymətində də enmə müşahidə olunur:“Rusiyada gedən proseslərin də mənzil bazarına təsiri var. Çünki alıcıların əksəriyyəti Rusiyadan daxilolmalar hesabına mənzil bazarına üz tutur. Burada psixoloji amillərin də təsiri var. İnsanlar qonşu ölkələrdə baş verənlərdən ehtiyatlanaraq əllərindəki pulu hər hansı sahəyə xərcləməkdən daşınırlar. Fikirləşirlər ki, gələn il ən çətin məsələ pul olacaq və bu baxımdan pullarını əllərində saxlamağa çalışırlar. Bu isə onu deməyə əsas verir ki, gələn il mənzil bazarında ucuzlaşma davam edəcək. Ucuzlaşma daha çox köhnə binalardakı təkrar bazara qayıdan mənzillərdə olacaq”.
Tikinti materiallarının qiymətinə gəlincə, ekspert bildirdi ki, son 3 ildə bu sahədə stabil vəziyyət hökm sürür, bahalaşma yoxdur: “Gələn il də bahalaşma üçün zəmin yoxdur. Çünki tikinti materiallarının qiymətinin 20%-dən 40%-ə qədərini enerji daşıyıcılarının xərci müəyyən edir. Enerji daşıyıcıları da ucuzlaşdığına görə əksinə qiymət düşə bilər”.
Previous Post

Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?

Next Post

Gülşən Qurbanovanın dogum günüdür

Bənzər yazılar

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən xəbər verilib. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə...

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Bu barədə Elchi.az OPEC-in...

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24

Bu ilin sentyar ayında Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq...

Next Post

Gülşən Qurbanovanın dogum günüdür

Gülşən Qurbanovanın dogum günüdür

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.