Rusiyanın baş naziri Mixail Mişustin Yekaterinburqda Çexiyanın Baş Konsulluğunun yaradılması haqqında sazişin denonsasiyası haqqında sərəncam imzalayıb.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Çexiya tərəfini xəbərdar etmək tapşırılıb.
Rusiya Federasiyasının Nazirlər Kabineti Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin müvafiq təklifini təsdiqləyib:
“Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası Hökuməti ilə Çexiya Hökuməti arasında Çexiyanın Yekaterinburqda Baş Konsulluğunun yaradılması haqqında 2001-ci il 5 noyabr tarixli Sazişin ləğv edilməsi barədə təklifini qəbul edib”, – hüquqi məlumat portalında dərc olunan sənəddə deyilir.
Yeganə