Rusiyanın Kalininqrad şəhərində cinayət törətməkdə ittiham olunaraq axtarışa verilən iki azərbaycanlı Türkiyənin İstanbul şəhərində saxlanılaraq geri təhvil verilib.
Elchi.az report-a istinadən bildirir ki, bunlar 1983-cü il təvəllüdlü Rəhimov Rəhim Fuad oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Cavanşir Abbas oğludur.
Onlar quldurluq və adam ölümündə ittiham olunurlar. Hər iki azərbaycanlı artıq Rusiya tərəfinə təhvil verilib.