Rusiyada 5 nəfər dəm qazından boğularaq ölüb

8

Rusiyanın Saratov vilayətində 5 nəfər dəm qazından boğularaq ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu regional hökumətin sədr müavini Roman Busargin bildirib.

Onun sözlərinə görə, hadisə vilayətin Engels rayonunun Uzmore kəndində baş verib: “5 nəfər ölüb. Onların dəm qazından boğulduğu ehtimal edilir. Ölənlərdən 4-ü yetkinlik yaşına çatmayıb, 1-i isə qadındır”.

Hadisə Uzmore kəndindəki şəxsi evlərdən birində baş verib.

Faktla bağlı araşdırma aparılır.