ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə bildirib ki, Rusiya və İran hərbi əməkdaşlığı genişləndirir.
Elchi.az News.am-a istinadən xəbər verir ki, onun sözlərinə görə, İran Rusiyanın əsas hərbi dəstəkçisi olmaqda davam edir.
Patel həmçinin qeyd edib ki, İran artıq Ukraynada istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib:
“Avqust ayından bəri İran Rusiyaya əsasən “Şahed” tipli 400-dən çox ATS təqdim edib və Rusiya həmin ATS-lərin əksəriyyətini Ukrayna infrastrukturuna hücum etmək üçün istifadə edib.
Əməkdaşlığın dərinləşməsi təkcə Ukrayna üçün deyil, həm də Rusiyanın və İranın qonşuları, ümumilikdə beynəlxalq ictimaiyyət üçün təhlükədir”.
Yeganə