Daha əvvəl Alyaska sahillərində Aleut adalarında patrulluq edən 11 Rusiya və Çin gəmisi bölgəni tərk edir. Elchi.az xəbər verir ki, bu barədə Amerikanın ABC News telekanalı iki məmura istinadən məlumat yayıb.
Bu gəmilər Rusiya və Çinin birgə hərbi dəniz təlimlərində iştirak edib. Onlar Aleut adalarında patrul xidməti həyata keçiriblər. ABŞ rəhbərliyi onların hərəkətlərini izləmək üçün dörd esmines göndərib.
Bildirilir ki, gəmilər ABŞ-ın ərazi sularından uzaqlaşır. Telekanal gəmilərin Alyaska sahillərinə nə qədər yaxınlaşdığı barədə məlumat verməyib.
Daha əvvəl məlum olub ki, 2023-cü ilin ilk beş ayında ABŞ-ın Çindən mal idxalı 24 faiz azalıb. Nəticədə Meksika Amerikanın aparıcı ticarət tərəfdaşına çevrilib.
Havar Şəfiyeva