Bu həftəsonu Mayamidə ABŞ və Rusiya nümayəndələri arasında Ukraynada müharibəyə son qoymaqla bağlı görüş gözlənilir.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri anonim iki mənbəyə istinadən yazıb.
Hər iki mənbə prezidentin nümayəndəsi Steve Witkoff və Donald Trampın kürəkəni Jared Kushner-in Amerika tərəfində danışıqlarda iştirak edəcəyini gözləyir. Mənbələrdən biri bildirib ki, Rusiya tərəfdən Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev gözlənilir.
Hər üçü son həftələrdə danışıqlarda iştirak edib.
Hər iki tərəfdən bu məlumatın rəsmi təsdiqi yoxdur. “Politico” qeyd edib ki, Ağ Ev şərh tələblərinə cavab verməyib.
Yeganə





















