Rusiya və Pakistan neft tədarükü ilə bağlı razılığa gəliblər

44

Hər iki tərəfin görüşləri zamanı “Pakistan axını” ilə bağlı bütün məsələlər müzakirə olunub.
Elchi.az xəbər verir ki, Moskva və İslamabad Pakistana neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılıq əldə ediblər. Belə bir bəyanatla Rusiya Federasiyasının energetika nazirinin müavini Sergey Moçalnikov iki tərəfin görüşləri zamanı “Pakistan axını” ilə bağlı bütün məsələlərin müzakirə edildiyini və “cavablar verildiyini” vurğulayıb.
“Pakistana neft və neft məhsullarının tədarükü ilə bağlı konseptual razılaşmalar əldə olunub”, – nazir müavini Rusiya və Pakistanın hökumətlərarası komissiyasının plenar iclasında deyib.
Xatırladaq ki, ötən çərşənbə günü, yanvarın 18-də Rusiyanın energetika naziri Nikolay Şulqinov Rusiya və Pakistanın “Pakistan axını” qaz kəməri layihəsi üzərində işlədiyini bildirərək, bu təşəbbüsün həyata keçirilməsində heç bir maneə görmədiyini qeyd edib. O, aydınlaşdırıb ki, qazın mənbəyi baxımından müxtəlif variantlar müzakirə olunur: qazın yenidən qazlaşdırılması və ya İran və ya Əfqanıstandan keçən boru kəməri.

Şayəstə