Moskva ilə Avropa İttifaqı (Aİ) arasında bütün siyasi dialoq dayandırılıb, yalnız texniki xarakterli işgüzar əlaqələr qalıb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəliyindən “İzvestiya” ya bildirilib.
Xüsusi əməliyyat başlayandan bəri Aİ və Rusiya arasında hətta mədəniyyət sahəsində də tam əməkdaşlıq olmayıb, diplomatik missiya qeyd edib və əlavə edib ki, Avropa Parlamentində siyasi dialoqun bərpası yalnız Ukrayna münaqişəsinin bitəcəyi təqdirdə mümkün hesab olunur.
Nuranə Məmmədova