Rusiya Ukraynaya nota verdi

🗓 11.08.2014 17:34 ✍️ "Elçi" qəzeti
Rusiyanın Ukraynadakı səfirliyi Ukrayna XİN-nə nota verib.img1616896
AzVision.az-ın məlumatına görə, nota “Rusiya Seqodnya” informasiya agentliyinin foto-müxbiri Andrey Stenin bu ölkədə itməsi ilə bağlıdır.
“Biz operativ kanallarla sorğu edərək Ukrayna XİN-inə müvafiq nota göndərdik” – deyə, Rusiyanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda bildirilir.
Hazırda diplomatik missiyanın əməkdaşları itən foto-müxbirin axtarışlarını davam etdirir.
Rusiya KİV-nin məlumatına görə, Stenin avqustun 5-də “Sağ sektor”un yaraqlıları tərəfindən saxlanılıb.

Bənzər yazılar