Ukraynanın müharibənin cəbhə xəttində irəliləyişinə dair xəbərlər Rusiya tərəfindən təkzib edilib – baxmayaraq ki, bu iddia rusiyayönlü mənbələr tərəfindən irəli sürülüb.
Elchi.az BBC-yə istinadən xəbər verir ki, Rusiya tərəfində döyüşən “Vaqner” muzdlu dəstəsinin rəhbəri Yevgeni Priqojin nizami rus qoşunlarını Baxmut ətrafındakı mövqeləri tərk etməkdə ittiham edib.
Rusiyalı hərbi bloggerlər cümə axşamı Ukraynanın bir neçə bölgədə irəliləyişləri və ya qoşunların hərəkəti barədə məlumat veriblər.
Lakin Kreml Ukraynanın hər hansı mühüm irəliləyiş əldə etdiyini inkar edib.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Telegram-da cəbhənin bir neçə nöqtəsində “sıçrayış”la bağlı fərdi bəyanatlar reallığa uyğun gəlmir”.
“Xüsusi hərbi əməliyyat zonasında ümumi vəziyyət nəzarət altındadır”, – o, Rusiyanın işğal üçün ifadəsindən istifadə edərək əlavə edib.
Ukrayna prezidenti əvvəllər əks-hücuma başlamaq üçün hələ tez olduğunu bildirib.
Şayəstə Hüseynova