"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rusiya Ukraynada 4500 əsgər itirib – sensasion faktlar

13 Oktyabr 2014 - 19:32
in DÜNYA, FLƏŞ, GÜNDƏM
FacebookVatsap

Separatçılar “referenduma” hazırlaşır; OPEC-dən 1 barel neft üçün qiymət proqnozu – 76 dollar; Rusiya img1653559iqtisadiyyatı sürünür

Bunu da oxuyun

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Moskvada 103 aviareys təxirə salınıb

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

“Rusiya Ukraynaya hərbi təcavüz edəndən 4500 əsgər ölüb, ancaq onlardan yalnız 300-ə qədəri dəfn edilmək üçün ailələrinə  verilib. Rusiyada Ukraynaya göndərilən əsgərlərin analarına “övladınız təlimdədir” deyirlər. Həlak olan əsgərlərin ailələrinə isə ölüm faktının səbəbi olaraq insult, travma, infarkt, intihar kimi bəhanələri təqdim edirlər”. Bu sözləri Rusiyanın insan haqları müdafiəçidi Yelena Vasilyeva “1+1” telekanalına müsahibəsində deyib.
Y.Vasilyevanın sözlərinə görə, Rusiya telekanallarının vətəndaşlardan gizlədiyi informasiyaları dəqiqləşdirmək üçün yaxın 2 gündə növbəti dəfə münaqişə bölgəsinə getməyi planlaşdırır: “Övladlarını qulluq etdikləri hərbi hissələrdə tapmayan yüzlərlə ana mənə müraciət edib. Onlar şok içərisindədirlər. Övladlarını itirən analar da mənə yazır. Övladları həlak olana qədər onları inandırırlar ki, heç bir savaş yoxdur. “200 saylı yük” (əsgər tabutu) qapılarına gətiriləndə isə onlara deyirlər ki, oğlunuz insultdan, travmadan, infarktdan vəfat edib, ya da özünə qəsd edib.  Ukraynada həlak olan Rusiya əsgərlərinin ölüm yeri kimi isə “Rostovun 150 km-də” sözləri yazılır”.
Ukrayna-Rusiya savaşı isə ötən gecə də davam edib. Unian.net yazır ki, atəşkəs sazişinə əməl etməyən Rusiya Silahlı Qüvvələri hər gün azı 40 dəfə cəbhə boyu Ukrayna Ordusunun mövqelərini odlu silahdan, minomyotlardan, ağır artilleriyadan atəşə tutur. Ukrayna Müdafiə Nazirliyinin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitriy Tımçuk Facebook səhifəsindən bildirib ki, oktyabrın 13-ə keçən gecə Ukrayna ordusunun bölmələri “Qrad” BM-21 raket sistemlərindən atəşə tutulub. Bundan başqa, tankların və artilleriyanın iştirakı ilə davam edən döyüş 3 saatdan çox sürüb. Rusiya qoşunlarının tərkibində kazaklar da döyüşür. Özünü Don Qoşunlarının 32-ci dairəsi adlandıran kazak bölməsi Luqanşina yaxınlarında Ukrayna ordusunun mövqelərinə hücum edib. Nəticədə 6 Ukrayna hərbçisi yaralanıb.
Oktyabrın 13-də səhər saatlarında Mariupolda güclü döyüşlər başlayıb. Ukrayna agentlikləri xəbər verir ki, şəhərin Talakovka və Saltana yaşayış məntəqələrində tərəflər arasında ağır döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, Rusiya tankları ərazidəki mülki binaları hədəf alıb. Ukrayna qoşunları cavab atəşi ilə bir neçə atəş nöqtəsini susdurub. Şəhər sakinləri isə yaşayış yerlərini tərk edərək zirzəmilərə çəkilir.
Hərbi yolla Ukraynadan torpaq qoparan Rusiya həmin ərazilərə yeni status verilməsi üçün siyasi cəhdlərini də davam etdirir. Oktyabrın 12-də “Luqanşina Xalq Respublikası”nın Ukraynadan ayrılmaq üçün referendum keçirməyə hazırlaşdığı haqqında xəbərlər yayılıb. Qondarma respublikanın təmsilçiləri əhali arasında noyabrın 9-da referendum keçiriləcəyi ilə bağlı bildirişlər yayıb. Referendumda vətəndaşlar bir məsələ ilə bağlı seçim etməlidirlər – Luqanşinanın gələcəyini Ukraynanın tərkibində, yoxsa müstəqil respublika kimi görmək istəyirlər. Rəsmi Kiyev baş verənləri Kremlin birbaşa ssenarisi əsasında separatçıların təxribatı adlandırıb. İndiyə qədər oxşar cəhdlər Donetsk və Luqanskda da baş verib. Separatçılar “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” elan edilməsi üçün sentyabrın 25-nə “referendum” təyin etsələr də sonradan həmin tarixi geriyə – noyabrın 9-na çəkiblər.
Ukrayna mediasının əsas xəbər başlıqlarından biri də Qərbin Rusiyanı Ukraynaya hərbi təcavüz etdiyinə görə iqtisadi tədbirlərlə çökdürmək planları haqqındadır. Yada salaq ki, Rusiya dünya birliyinin işğala son qoymaq tələblərini gözardı etdikdən sonra Qərb Rusiyaya ağır iqtisadi sanksiyalar tətbiq etməkdədir. Neftin dünya bazarındakı qiymətinin endirilməsi bu sanksiyalardan yalnız biridir.
Reuters xəbər verir ki, OPEC-ə daxil olan Birləşmiş Ərəb Əmirlikləri və Küveyt neft hasilatını azaltmaq fikrində deyillər: “Bu ölkələr neftin dünya bazarındakı qiymətinin enməsi ilə mübariz aparmaq fikrində deyil”. Son günlər London birjasında 1 barel neft son 4 ildə ilk dəfə 2010-ci ildəki $87,74 həddinə düşüb. Ekspertlərin fikrincə, bu durum Rusiya iqtisadiyyatına son dərəcə ağır zərbələr vurmaqdadır. Səudiyyə Ərəbistanındakı qaynaqlar Reuters-ə bildirib ki, ölkə neftin qiymətinin hər barel üçün 80 dollara enməsinə normal yanaşır. Ekspertlər isə neft qiymətlərinin 76-77 dollar həddinə enəcəyini də proqnozlaşdırır. Küveyt ekspertləri deyir ki, bu qiymət ABŞ və Rusiyada neftin maya dəyəridir. OPEC neftin bazara daha az məhsul çıxarmaqla qiymətin 100 dollardan enməməsini təklif etsə də, Səudiyyə Ərəbistanı və Küveyt bu tədbirin gözlənilən sonuc verəcəyinə inanmır. Səudiyyənin neft naziri deyib ki, ölkə gündə 30 milyon barel neft çıxarılması qərarına yenidən baxmaq fikrində deyil.
Enerji məsələləri üzrə ekspertlər bildirir ki, neftin qiymətinin enməsi Rusiya iqtisadiyyatına hər gün bir neçə milyard dollara yaxın ziyan vurur.

 

Previous Post

Rusiya Ukraynada 4500 əsgər itirib – sensasion faktlar

Next Post

Azərbaycan və Rusiya müdafiə nazirləri 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar

Bənzər yazılar

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21

Almaniya Kansleri Fridrix Merts ölkədə məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib. Elchi.az xəbər verir ki, bu barədə məlumatı “Deutschlandfunk”...

Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00

Moskva hava limanlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi səbəbindən 100-dən çox aviareys təxirə salınıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi...

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02

Husilər təktərəfli olaraq 159 nəfər əsiri azad edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb....

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00

Kiyevdə şəhərin qışa hazırlığının yetərli olmadığı iddiası ilə mer Vitali Kliçkonun istefası tələb olunur. Elchi.az xəbər verir ki, Kiyev şəhər...

Next Post

Azərbaycan və Rusiya müdafiə nazirləri 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar

Azərbaycan və Rusiya müdafiə nazirləri 2015-ci il üçün Əməkdaşlıq Planını imzalayıblar

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.