"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Rusiya-Ukrayna müharibəsi başlayanda demişdim ki, nə vaxtsa arxivlər açılsa… – Həsənquliyev

18 Sentyabr 2023 - 17:17
in MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Tramp:”İran tam çöküşün astanasındadır”

– Qüdrət bəy, xarici mətbuatın yazdığına görə ABŞ Prezidenti Bayden BMT-nin Baş Məclisində BMT Təhlükəsizlik Şurasının genişləndirilməsi barədə Ərdoğanın təklifini müdafiə edəcək və Almaniya, Cənubi Afrika, Yaponiya, Braziliya və Hindistan hesabına daimi üzvlərin sayının artırılmasını təklif edəcək. Bu təklif qəbul olunarsa, BMT TŞ-da daha ədalətli qərarların qəbuluna nail olmaq olarmı?

– Mətbuatın yazdığı doğrudursa Baydenin təklifi ədalətli deyil. BMT TŞ-nin daimi üzvlərindən biri türk dövlətlərinin təmsilçisi kimi Böyük İyirmiliyin üzvü, güclü orduya sahib Türkiyə olmalıdır. O cümlədən, müsəlman ölkələri kimi ümumi daxili məhsulun həcminə görə dünyada 7-ci olan, 277 milyon əhaliyə sahib İndoneziya və nüvə silahına malik Pakistan da daimi üzv olmalıdırlar.

Həmçinin, daimi üzvlərin veto hüququ aradan qaldırılmalı, qərarlar dördə üç səs çoxluğu ilə qəbul olunmalı, qərarların icra mexanizmləri hazırlanmalıdır. BMT TŞ-nin qərarı olmadan ölkələrin ayrı-ayrı xarici dövlətlərin ərazisində müxtəlif adlar altında hərbi əməliyyatlar aparması qadağan olunmalı, belə bir hal baş verərsə, bu, təcavüz aktı kimi qiymətləndirilməlidir.Təcavüzü durdurmaq üçün üzv dövlətlər tərəfindən əhalinin say nisbəti nəzərə alınmaqla BMT-nin 300 minlik ordusu yaradılmalıdır. Bu güc yetərli olmasa daimi üzvlər öhdəlik götürməlidirlər ki, onlar bütün hərbi gücləri ilə Təhlükəsizlik Şurası qərarlarının icrasına dəstək verəcəklər. Yalnız bu halda BMT nəyəsə yaraya bilər.

– ABŞ Senatının beynəlxalq əlaqələr komitəsində Azərbaycan əleyhinə müzakirəni, Avropa Palamentinin Azərbaycan əleyhinə qətnaməsini necə qarşıladınız?

– Ümumiyyətlə, Hitler almanları, Mussolini italyanları ari (üstün hüquqlara sahib) irq hesab etdiyi kimi, Qərb də erməniləri bizə münasibətdə ari irq hesab edir. Onlar hesab edir ki, ermənilər bir milyon müsəlmanı ev-eşiyindən qova, Xocalıda soyqırımı cinayəti törədə, Azərbaycanın 900 yaşayış məntəqəsəni yer üzündən silə, onun torpaqlarının 20%-ni 30 il işğal altında saxlaya bilər, amma Azərbaycan öz ərazisində dövlət suverenliyini bərpa edə bilməz. Elçibəy bunu etmək istədi, Azərbaycana sanksiya tətbiq etdilər, işğalçıya maddi, siyasi, üçüncü dövlətlərin əli ilə hərbi dəstək verdilər. Ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bizi yenə də müxtəlif bəhanələrlə hədələyirlər. Bu zaman həm özlərini, həm buradakı əlaltılarını ifşa edirlər. Qərbin fitlə hərəkət edən bizdən olan əlaltıları deyirdilər ki, Qərb iqtidarın bacarıqsızlığı ucbatından Qarabağ münaqişəsi barədə obyektiv həqiqəti bilmir. Həmin fitçilərdən soruşuram, necə olur Qərb özünün bir adamının həbsini dərhal bilir, amma yağışlı-qarlı soyuq havalarda, yayın qızmar istisində yeraltı qazmalarda, çadır düşərgələrində, qəza vəziyyətində olan müxtəlif binalarda 30 ildən artıq dözülməz şəraitdə yaşayan bir milyon insandan, dağıdılan şəhər və kəndlərdən, Xocalı soyqırımından xəbər tutmur. Yox, həbs olunan bir nəfər barədə sizlər məlumat vermisinizsə, onda xalqımızın bu faciələri barədə ağalarınıza niyə məlumat verməmisiniz? Yoxsa, bu millətdən deyilsiniz?

Bununla onu demək istəmirəm ki, Azərbaycanda insan haqları, qanunun aliliyi ilə bağlı vəziyyət yüksək standartlara cavab verir. Heç bir ölkədə, o cümlədən Qərb ölkələrində bu sahədə ideal vəziyyət yoxdur, birində bir az yaxşı,digərində bir az pisdir. Sadəcə istəyirəm xalqımız bilsin ki, daxilimizdə olan və olmayan müəyyən problemlərimizin qabardılması bizə sevgidən qaynaqlanmır, erməniyə dəstək xarakteri daşıyır. Qərbin əlaltıları iddia edir ki, biz Rusiya ilə yaxın olduğumuza görə ağaları tərəfindən müdafiə olunmuruq. Tutaq ki, siz dediyiniz kimidir. Bəs, onda harda qaldı Qəbin ali dəyərlərə, beynəlxalq hüquqa sadiqliyi?.. ABŞ Əfqanıstanda keçirdiyi əməliyyatlara Azərbaycanın verdiyi dəstəyə görə bizə tətbiq etdiyi sanksiyanı hər il təxirə salırdı. Həm də fikirləşirdi ki, Qarabağ münaqişəsini dondurub Əfqanıstandan ürkək dovşan kimi qaçandan sonra sanksiyaları təxirə salmayacağını bəyan edir.Budur bunların ali (mənəvi) dəyərlərə sadiqliyi. Fitçilər tez-tez “Əsrin Müqaviləsi”nin imzalanmasına ABŞ-ın verdiyi dəstəkdən danışırlar. Bəli, dəstək verdilər, çünki öz maraqları bunu tələb edirdi. Qoy bir nümunə göstərsinlər ki, Qərb özünün yox, Azərbaycanın beynəlxalq hüquqa söykənən hansısa marağına görə Azərbaycana dəstək verib. Bu, xalqımıza qarşı 20 Yanvar faciəsini törətmiş Qorbaçova Nobel sülh mükafatı verən, bizi işğalçı Ermənistanla razılaşmağa çağıran Qərbdir.

– ABŞ-ın baş qərargah rəisi Mark Milli deyib ki, Ukrayna Rusiya qoşunlarını öz ərazisindən çıxara bilməyəcək, müharibə uzun çəkəcək və çox qanlı olacaq. Bu fikrə də münasibət bildirmənizi istərdik…

– Qərb təcrübəsiz Zelenskiyə Ukraynada hakimiyyətə gəlməyə dəstək verməklə öz siyasətini uğurla həyata keçirmək imkanı qazandırdı. 2022-ci ilin fevralında müharibə başlayandan dərhal sonra demişdim ki, nə vaxtsa arxivlər açılsa və Baydenin Rusiya agenti olması üzə çıxsa, gərək heç kim təəccüblənməsin. Rusiya Krımı da Bayden vitse-prezident olanda ələ keçirmişdi, Suriyaya nəzarəti də, Əfqanıstandan qaçışı da Bayden həyata keçirmişdi. Putin 2021-ci ilin iyununda Baydenlə görüşəndən sonra müharibə hazırlıqlarına başladı. Görünür, Bayden ona hansısa təminatlar verib. Müharibə başlayandan deyirəm ki, sonda Ukrayna ciddi ərazi güzəştlərinə məcbur ediləcək. ABŞ sifətini qorumaq və NATO üzrə müttəfiqlərinin tam etibarını itirməmək üçün Ukraynaya müəyyən qədər yardım edir. Həm də dövlət ləyaqətinin tamamilə itiriləcəyindən qorxur. Axı 1994-cü ildə Badapeşt memorandumunu Ukrayna prezidenti Kravçuku imzalamağa daha çox ABŞ məcbur edib. Bu yaxınlarda Bill Klinton özü bunu təsdiq etdi. Həmin sənədə əsasən dünyanın üçüncü nüvə başlığına sahib (təqribən 1700-dən artıq çatdırılma vasitəsilə birlikdə nüvə başlığı) Ukrayna ABŞ, Rusiya və Böyük Britaniya tərəfindən ona ərazi bütövlüyü və təhlükəsizlik barədə təminat verəndən sonra nüvə silahından imtina edib. Mark Milli müharibə başlamamış belə onun nəticəsinin necə olacağını bilən adamdır. Ona görə deyirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur.

Previous Post

Rusiya-Ukrayna müharibəsi başlayanda demişdim ki, nə vaxtsa arxivlər açılsa… – Həsənquliyev

Next Post

Rusiya-Ukrayna müharibəsi başlayanda demişdim ki, nə vaxtsa arxivlər açılsa… – Həsənquliyev

Bənzər yazılar

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Tramp:”İran tam çöküşün astanasındadır”

Tramp:”İran tam çöküşün astanasındadır”

24 Avqust 2026 - 17:05

ABŞ Maliyyə Nazirliyi bazar ertəsi İranla biznes əlaqələri saxlayan təşkilatlara və ölkələrə qarşı tətbiq edilə biləcək ikincili sanksiyaların miqyasının genişləndirildiyini...

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri tarixi əhəmiyyət kəsb edir. Elchi.az  xəbər verir, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin Hüquq...

Next Post

Rusiya-Ukrayna müharibəsi başlayanda demişdim ki, nə vaxtsa arxivlər açılsa... - Həsənquliyev

Son 1 həftə ərzində neçə nəfər koronaya yoluxub?

Son 1 həftə ərzində neçə nəfər koronaya yoluxub?

Son xəbərlər

“Tvente” “Qarabağ”la 17 il öncəki qarşılaşmadan yazdı – FOTO

“Tvente” “Qarabağ”la 17 il öncəki qarşılaşmadan yazdı – FOTO

25 Avqust 2026 - 18:13
Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya – RƏY

Potensial rəqibləri belə tərəfdaşlara çevirən strategiya – RƏY

25 Avqust 2026 - 18:07
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi – VİDEO

Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin tarixi və müasir mərhələsi – VİDEO

25 Avqust 2026 - 18:06
“Sabah”ın oyunu ilə əlaqədar “Gənclik”də avtobusların dayanacağı müvəqqəti dəyişdirilib

“Sabah”ın oyunu ilə əlaqədar “Gənclik”də avtobusların dayanacağı müvəqqəti dəyişdirilib

25 Avqust 2026 - 17:54
Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

25 Avqust 2026 - 17:42
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikinti xərcləri 30 milyon manata çatdı

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikinti xərcləri 30 milyon manata çatdı

25 Avqust 2026 - 17:33
Sabah küləyin sürəti 28.4 m/san-dək güclənəcək XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə külək güclənəcək

25 Avqust 2026 - 17:25
“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

25 Avqust 2026 - 17:17
“Brent” markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü YENİLƏNDİ

“Brent” markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü YENİLƏNDİ

25 Avqust 2026 - 17:07
Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

25 Avqust 2026 - 16:58
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verilir

25 Avqust 2026 - 16:50
Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

25 Avqust 2026 - 16:42
Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

“Azəripək” “Azərxalça”ya birləşdirilir – FƏRMAN

25 Avqust 2026 - 16:38
ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

25 Avqust 2026 - 16:34
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25 Avqust 2026 - 16:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.