Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin Kiyevin gücünü qorumaq üçün deyil. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Serey Lavrov məlumat verib.
“Məhz qardaşlara və mehriban qonşulara yaraşdıqları kimi, onlar – istər hərbi, istərsə də dinc yolla xüsusi hərbi əməliyyatın məqsədlərinin həyata keçirilməsindən sonra yaşayacaqlar”.
O xatırladıb ki, Moskva heç vaxt münaqişəni Kiyevlə danışıqlar yolu ilə həll etməkdən imtina etməyib və həmişə lazımi hazırlığını qoruyub.
Qeyd olunur ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna üzrə danışıqlarla bağlı sualı cavablandırarkən bildirmişdi ki, Moskva sülh prosesində irəliləyiş görmür, ona görə də xüsusi hərbi əməliyyatı davam etdirir.
Havar Şəfiyeva