"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiya üçün “B planı” varmı?: Nüvə silahından istifadə…

08 Sentyabr 2022 - 12:49
in SİYASƏT
FacebookVatsap

“Rusiya Prezidenti Vladimir Putin Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında Ukraynadakı müharibədən danışıb. Ölkə başçısı deyib ki, Rusiya hələ hərbi əməliyyatda nəyəsə başlamayıb: “Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib”.

Bunu da oxuyun

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan XİN Pakistanı təbrik etdi

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

O, həmçinin əlavə edib ki, Rusiya hərbi əməliyyatları başa çatdırmağa çalışır”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Bundan əvvəl də Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu belə bəyanatlar veriblər. Elə Putin özü də oxşar açıqlamalarla çıxış edib. Analoji fikirlərin səsləndirilməsini normal hesab etmək olar. Bu, ən azından daxili auditoriya üçün lazımdır. Amma reallıq fərqlidir: altı ay ərzində Rusiya Ukraynanın müəyyən ərazilərini işğal etsə də, “bataqlığa” düşüb. Kreml artıq sivil dünyadan təcrid olunur. Ölkə iqtisadiyyatı getdikcə zəifləyir. Əlbəttə, Moskva üçün bu durum arzuolunan deyil. Deməli, müqavimət göstərir. Əks halda döyüşlərin dayandırılması barədə bəyanat verilər, konstruktiv mövqe nümayiş etdirilərdi. Lakin hələ bir neçə gün əvvəl Rusiya Prezidenti Dmitri Peskov söyləmişdi ki, Putinlə uktaynalı həmkarı Volodimir Zelenskinin görüşü hələlik müzakirə olunmur. Deməli, Putin müharibəni davam etdirməkdə israrlıdır.
Ötən yarım il ərzində Rusiyanın əlindən gələni etdiyini demək olar. Kreml bütün potensialı ilə mübarizə aparmaq istəməsə idi, onda danışıqlara hazır olardı. İkinci isə Qərbin Ukraynaya dəstəkləri fonunda Moskva bütün imkanlarını səfərbər etməyə məhkumdur.
Rusiyanın hələlik istifadə etmədiyi yeganə “kart” nüvə silahıdır. Bu, Kreml üçün “kozur” hesab oluna bilər. Savaş daha çox davam edəcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə edə biləcəyi istisna deyil. Lakin bu, ən son anda baş tutacaq. Yaxın gələcək üçün Moskvanın “kozur”unu “masaya qoyacağı” real görünmür. Çünki bu, bütün planet üçün fəlakət və yeni reallıq deməkdir. Elə Rusiyanın özü üçün də. Moskva bunu hazırdımı? Yəqin, indiki halda yox.
Putin, həmçinin müharibədə nə isə itirmədiklərini söyləyib. Ukrayna Baş Qərargahının verdiyi məlumata görə, savaşın ilk günündən bəri Rusiya 5 mindən çox döyüşçü itirib. Habelə 2 097 tank, 4 520 zirehli döyüş maşını, 1 194 artilleriya sistemi, 300 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu, Britaniya kəşfiyyatı da Rusiyanın uğursuzluqları ilə bağlı məlumat yayır. Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi faktı da Rusiyanın işinin heç də asan olmadığını göstərir.
Diqqət çəkən başqa bir məqam Putinin hərbi əməliyyatları başa çatdırmağa çalışacaqları ilə bağlı səsləndirdiyi fikirdir. Bu, savaşın davam edəcəyinə işarədir. Görünür, Kreml rəhbərliyi anlayır ki, hələ Ukraynada ciddi nəticə əldə olunmayıb.
Rusiyanın “sağ göstərib, sol vurmaq” imkanı, demək olar, yoxdur. Nə varsa, ortadadır. Doğrudur, zaman Rusiyanın xeyrinədir. Çünki havalar soyuduqca Qərbin işi çətinləşəcək. Qərb ölkələrinin əlavə qaz tədarükçüsünə ehtiyacı olacaq. İndi ən çox lazım olan ABŞ və müttəfiqlərinin bu qış tab gətirməsidir. Qərb bunu bacarsa, proseslər Ukraynanın xeyrinə başa çata bilər”.

Şayəstə

Previous Post

Rusiya üçün “B planı” varmı?: Nüvə silahından istifadə…

Next Post

Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir

Bənzər yazılar

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57

Ötən gün Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib. Bu...

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında...

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər...

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

13 Avqust 2026 - 16:30

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib. Elchi.az-ın xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun 6 fəsildən, 27...

Next Post
Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir

Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir

Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir

Vilayət Eyvazov MDB ölkələrinin iclasında iştirak edir

Son xəbərlər

Keroni yolu – Gendovun birlik simvolu

Keroni yolu – Gendovun birlik simvolu

14 Avqust 2026 - 12:30
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

14 Avqust 2026 - 12:28
Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

Lənkəranda açıq sahədə yanğınlar söndürülüb – VİDEO

14 Avqust 2026 - 12:26
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş Prokurorluq: Vətən Müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363 nəfər xəsarət alıb

14 Avqust 2026 - 12:19
Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

Bakı metrosunda təmirlə əlaqədar 6 yeni ekspres marşrutu fəaliyyətə başlayıb – VİDEO

14 Avqust 2026 - 12:11
ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

ABŞ Ukraynada hava hücumundan müdafiə raketlərinin çatışmazlığı olduğunu bildirib

14 Avqust 2026 - 12:05
Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57
Pensiyalar artımla ödənildi

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqust ayının pensiyaları ödənilib

14 Avqust 2026 - 11:44
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki əmsalını artırdı

14 Avqust 2026 - 11:23
Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

Oman sahillərində neft sızması: Sızıntı materikə çatır

14 Avqust 2026 - 11:17
İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

İsrail Suriyada mülki yaşayış məntəqələrini atəşə tutur

14 Avqust 2026 - 11:08
9-cu sinif məzunları bu kollecləri seçə bilməz – SİYAHI

Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

14 Avqust 2026 - 11:00
Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

Hindistanda tunel tikintisində qəza: 7 ölü, 10 yaralı

14 Avqust 2026 - 10:55
Meduza sürüsü nüvə reaktorunu dayandırdı

Meduza sürüsü nüvə reaktorunu dayandırdı

14 Avqust 2026 - 10:42
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

14 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.