Rusiya silah üçün bu iki ölkəyə müraciət edir

63

Rusiya Prezidenti Vladimir Putin uzunmüddətli müharibəyə hazırlaşır və ordusunun Ukraynada üzləşdiyi problemləri “əllə” həll etməyə çalışır. Mərmi və raket çatışmazlığını kompensasiya etmək üçün Rusiya İran və Şimali Koreyadan silah sistemləri alıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin Koordinasiya Şurasının iclasında Putin hökumətin hərbi silah istehsalçıları arasında aktiv rəqabəti təmin etməli olduğunu bildirib. İranın kamikadze pilotsuz təyyarələri və ballistik raketlərinin Rusiyaya çatdırılması təcavüzkar ölkənin İrandan silah sistemlərindən asılılığını artıracaq. Rusiyanın illərdir sərt sanksiyalar altında olan dövlətlərdən silah tədarükündən asılı olması ölkə sənayesinin qısa müddətdə ordunun ehtiyaclarını ödəyə bilməcəyinə real qiymət verir. İndi Putinin tərəfdaşı yalnız Belarusdur. Putin və Lukaşenko ittifaq fəaliyyətini nümayiş etdirməkdə davam edirlər. Dünən Rusiya və Belarus hərbi xarakterli “çağırış və təhdidlərə” qarşı çıxmaq üçün ümumi hərbi potensialın gücləndirilməsi məqsədi ilə Müdafiə nazirliklərinin Birgə Kollegiyasının illik iclasını keçirib. Bu cür bəyanatlar yəqin ki, dünyaya Belarusun Rusiyaya sədaqətini bir daha göstərəcək və Qərbə Belarus-Rusiya hərbi birliyi imicini təqdim edəcək”, – məlumatda deyilir.