«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin direktoru Dmitri Şuqayev çərşənbə günü jurnalistlərə bəyan edib ki, ölkəsi silah sövdələşmələrində dollardan imtina edəcək.
«Rossiya-24» telekanalına verdiyi müsahibədə Şuqayev dəqinqəşdirib ki, hazırda ödəmələrin yeni yolları aranır, o cümlədən, milli valyutadan istifadə variantına da baxılır.
Onun sözlərinə görə, bu gün dollar vadluta olaraq, hərbi-texniki əməkdaşlıq (HTƏ) sahəsi üzrə hesablaşmalarda xeyli etibarsızdır, bəlkə bundan da artıq.