Rusiyanın Kaxovka SES-i bombalaması dəhşətli müharibə cinayəti və yəqin ki, son onilliklərdə Avropadakı ən böyük texnogen fəlakətdir.
Elchi.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Rusiyanın Kaxovka bəndini dağıtması ehtimal ki, son onilliklər ərzində Avropada ən böyük texnogen fəlakətə səbəb olub. Minlərlə mülki insanın həyatı təhlükə altındadır. Bu, dəhşətli müharibə cinayətidir. XXI əsrin ən böyük terrorçusu olan Rusiyanı dayandırmağın yeganə yolu onu Ukraynadan qovmaqdır”, – Kuleba qeyd edib.
Qeyd edək ki, Kaxovka SES-in bəndi bu gecə ruslar tərəfindən partladılıb. Su altında qalmaq təhlükəsi ilə üzləşən Dneprin sağ sahilində yaşayan sakinlərin təxliyəsi elan edilib.
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...





















Son şərhlər