Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb

133

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az bu barədə Reuters-a istinadən xəbər verir.

“Mayın 5-də Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Federasiyasının keçmiş Ombudsmanı Pavel Astaxovun Polşa Respublikasının səfirini qətlə yetirməyə çağıran bəyanatı ilə bağlı Rusiya Federasiyasının nümayəndəsinə etiraz notası təqdim edilib”.
Bildirilir ki, Polşa nümayəndələri Rusiyanın keçmiş Uşaq Hüquqları üzrə Müvəkkili Pavel Astaxovun Polşanın Moskvadakı səfiri Kşiştof Krayevskini öldürmək çağırışlarına görə Andreyevə etiraz notası verib.

Havar Şəfiyeva