Rusiya raket qoşunlarının rəisi ÖLDÜRÜLDÜ

49

Ukraynada Rusiya ordusunun yüksəkrütbəli zabiti öldürülüb.

Elchi.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin 35-ci birləşmiş ordusunun raket qoşunları artilleriyasının rəisi, polkovnik Boris Totikov həlak olub.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Boris Totikovun olduğu qərargahı HİMARS raketləri ilə vurub.