"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rusiya qırıcılarının ​Türkiyənin hava məkanını pozması bölgəyə xəbərdarlıqdır – ŞƏRH

06 Oktyabr 2015 - 16:07
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Pezeşkian sabah Ermənistana səfər edəcək

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Rusiyada "Şərqin çox incə, həssas məsələ" olduğunu yaxşı bilirlər Rusiyanın Ankaradakı səfiri Andrey Karlov ötən günün “qəhrəmanı” olub. Diplomat bir gündə iki dəfə TürkiyəninXarici İşlər Nazirliyinə çağırılaraq, iki etiraz notası alıb.

Bəs ötən gün nə baş vermişdi? Səfiri iki dəfə XİN-ə getməyə məcbur edən nə idi?

Rusiyanın hərbi təyyarəsi oktyabrın 3-də Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda Türkiyənin hava sərhədini pozub. Rusiya diplomatına birinci etiraz notası buna görə verilib. Nazirlik Kremlin nəzərinə çatdırıb ki, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlər görsün, əks halda baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq.

Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisəyə siyasi-diplomatik yöndən yanaşaraq bildirib ki, Rusiya ölkəsinin qonşusu və dostudur, Suriya məsələsi türk-rus böhranı deyil: “Uçan quş belə olsa, Türkiyə sərhədlərini pozanlara qarşı lazımi tədbirlər görüləcək”.

ABŞ-ın dövlət katibi Con Kerry baş verən hadisənin “çox narahatedici” hal olduğunu bildirib: “Türkiyənin bu təyyarəni vurub, düşürmək haqqı var idi”.

Pentaqonun münasibəti daha kəskin olub: “Türkiyənin hava sərhədinin pozulması təsadüfi deyil. Bu, bizim öncədən xəbərdar etdiyimiz məsələdir”.

Oktyabrın 5-də səhər saatlarında Rusiya döyüş təyyarələri Türkiyənin hava sərhədini ikinci dəfə pozub.

Səfir Andrey Karlov ikinci etiraz notasını buna görə alıb.

NATO ötən gün keçirdiyi toplantıda bildirib ki, alyansın sərhəd bütövlüyünün pozulması yolverilməzdir və qurum Türkiyənin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyır.

Qeyd edək ki, bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin hava məkanını səhvən pozduqlarını bildirib.

Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki, ölkəsinin Hava-Kosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu komandanlığı gələcəkdə bu kimi halların qarşısını almaq üçün zəruri tədbirlər görüb.

Konaşenkovun sözlərinə görə, Türkiyənin hava sərhədinin pozulması əlverişsiz hava şəraitinin nəticəsidir.

Beləliklə, Rusiyanın Suriyaya girdiyi 5 gün ərzində Türkiyənin sərhəd toxunulmazlığı iki dəfə pozulub. Moskva rəsmiləri Rusiya hərbçilərinin Suriyada  3-4 ay qalacaqlarını bildirib. Bu baxımdan Suriyaya qonşu dövlətlərin ərazi bütövlüyünün Rusiya və ya müttəfiqinin pozması hallarının təkrarlanacağı istisna edilmir. Suriyanın qonşuları İordaniya, İsrail və Livan isə Rusiyaya (elə bölgədəki müttəfiqi İran da) dost ölkə sayılmır.

Ötən gün Səudiyyə Ərəbistanının 53 dini lideri ərəb ölkələrini Rusiya, İran və Suriya hakimiyyətinə qarşı cihadı dəstəkləməyə çağırıblar. Suriyanın qonşuları olan İordaniya və Livanının Səudiyyə Ərəbistanı ilə münasibətlərini nəzərə alsaq, həmin çağırışdan sonra Rusiyanın bu ölkələri də “özünə məxsus cəzalandıracağı”nı ehtimal etmək mümkündür.

Onu da vurğulamaq lazımdır ki, körfəzdəki ərəb dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanı ilə Rusiya və İranın maraqları üst-üstə düşmür.

Bu baxımdan “Türkiyənin hava məkanının pozulması təsadüfü deyil” ifadəsi boş-boşuna deyilməyb.

Sərhəd pozuntusundan bir gün öncə, oktyabrın 2-də Türkiyə, ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq, Rusiyanı Suriya müxalifətinə və mülki vətəndaşlarına yönəlmiş hücumlara dərhal son verməyə, Moskvanı İŞİD-ə qarşı mübarizə aparmağa çağırmışdılar.

Ona görə də ehtimal etmək olar ki, əli Türkiyəyə çatdığından Rusiya özünü və üzünü Ankaraya belə göstərib.

“Əlverişsiz hava şəraiti” məsələsinə gəldikdə isə “Rossia 24” telekanalının hava proqnozunun aparıcısı oktyabrda Suriyanın “bombalanması üçün əlverişli hava şəraitinin olacağını” söyləyib. Odur ki, Rusiya rəsmilərinin dediyi “əlverişsiz hava şəraiti”nin də belə hallar üçün ənənəvi bir bəhanə olduğu da istisna edilmir.

Bu bəhanə ilə Rusiya Türkiyənin ərazisinə bomba, yaxud terrorçu PKK-nın Suriyadakı qolları PYD (Demokratik Birlik Partiyası) və YPG-yə (Xalq Müdafiə Birlikləri) “təsadüfən” silah da ata bilər.

Qeyd edək ki, Rusiyanın xairici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürdüklərini bildirmişdi.

Yeri gəlmişkən, 2012-ci il iyunun 22-də Türkiyə Hərbi Hava Qüvvələrinə aid “RF4” kəşfiyyat təyyarəsinin Bəşşar Əsədə məxsus ordu tərəfindən “vurulduğu” iddia edildi. Onun Rusiya silahı vurulduğunun inkar edilməsi mümkünsüzdür.

Sonra vəziyyət bir qədər fərqləndi. Türkiyə Suriyanı davranışını qarşılıqsız buraxmadı. Türkiyə ordusu 2013-cü il sentyabrın 16-da Suriyanın hərbi vertolyotunu, 2014-cü il martın 23-də qırıcısını, 2015-ci il mayın 16-da isə daha bir təyyarəsini “ölkənin hava məkanını pozduğu” üçün vurmuşdu.

Ancaq Türkiyə tərəfi oktyabrın 3 və 5-dəki hadisəyə görə, Rusiyanın qırıcılarını “qonşuluq və dostluğu” nəzərə alaraq, vurmadı. Hər halda bu da nəzərə alınası faktlardandır.

Nəhayət, Rusiya Yaxın Şərqdəki qarışıqlığa gec də olsa öz adı ilə qoşulub. Moskvanın bölgədəki hərəkəti və davranışından bir çox məsələnin asılı olacağı istisna edilmir. Ancaq bir gündə Türkiyədəki səfirinə iki etiraz notasının təqdim olunması Moskvanın bölgədə sakit durmayacağını da deməyə əsas verir. Rusiyada “Şərqin çox incə, həssas məsələ” olduğunu yaxşı bilirlər…

REPORT.AZ/
share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Rusiya qırıcılarının ​Türkiyənin hava məkanını pozması bölgəyə xəbərdarlıqdır – ŞƏRH

Next Post

Bakının “kazino kralları” kimlərdir? – ADLAR

Bənzər yazılar

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00

"SpaceX"-in qurucusu İlon Mask bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin istefasının vaxtı çatıb. Elchi.az xəbər verir ki, o, bunu X...

Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53

İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi...

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44

Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb, heç nə dəyişməyib. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Nikol...

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

15 Oktyabr 2026 - 14:00

"Pentaqon Konqresdən yüz minlərlə pilotsuz sistemin kütləvi istehsalı üçün 50 milyard dollar tələb etməyi planlaşdırır". Elchi.az xəbər verir bu barədə...

Next Post

Bakının “kazino kralları” kimlərdir? – ADLAR

Bakının “kazino kralları” kimlərdir? – ADLAR

Son xəbərlər

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

15 Oktyabr 2026 - 14:43
Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.