"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusiya prezidentinin azərbaycanlı dostu onun haqqında yayılanlara reaksiya verdi

14 Mart 2015 - 15:59
in XƏBƏR LENTİ
FacebookVatsap

İlham Rəhimov: “Bu yaxınlarda özüm görmüşəm, şahidiyəm ki, Putin saat yarım xokkey oynadı…”

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Son günlər Rusiya prezidenti Vladimir Putinlə, daha doğrusu, onun özəl həyatı ilə bağlı bəzi Qərb nəşrlərinə istinadən az qala sensasion sayılacaq məlumatlar yayılır. Bu və digər məsələlərə münasibət bildirmək üçün musavat.com saytı Vladimir Putinin tələbəlik dostu, hüquq üzrə professor İlham Rəhimova müraciət edib.

– İlham müəllim, son günlər Vladimir Putinin səhhəti və şəxsi həyatı ilə ilgili şayiələr çoxalıb. Sizcə, səbəb nədir, bu, onun rəqiblərininmi işdir? Rusiya prezidentinin harda olduğu haqda məlumatınız varmı, sağlamlığı yerindədirmi?

– Mən də bu barədə müxtəlif saytlardan oxumuşam. Yanılmıramsa, sizin sayt da yazıb.

– Biz məsələdən yan keçməyə çalışmışıq, çünki səhih informasiyalar olmayıb. 

– Bilirəm. Ancaq xarici mətbuat bu barədə çox yazıb. Deyim ki, bunu özlərindən uydururlar, tavandan götürürlər. Vladimir Vladimiroviçlə bu yaxınlarda görüşmüşəm. Mən öz gözlərimlə gördüm və şahidiyəm ki, o, buz meydançada peşəkar xokkeyçilərlə saat yarım xokkey oynadı. Saat yarım, peşəkar xokkeyçi kimi! Siz heç bilirsinizmi, xokkey nədir, hansı güc, dözüm və cəsarət tələb edir bu idman növü? Yeri gəlmişkən, həm də yaxşı nəfəs tələb edir. Səmimi deyim ki, təəccübləndim. Mən özüm xokkey oynamıram, amma onu müşahidə etdim ki, o, əla idman formasındadır. Bax, bunun şahidi oldum. Belə şeyləri onun haqda yəqin o adamlar danışır ki, ya ona həsəd aparır, ya da ondan xoşlanmırlar. Vəssalam.

– Eyni vaxtda Putinin şəxsi həyatı ilə bağlı da söz-söhbətlər yayılıb…  

 

– Yazırlar ki, o, İslamı qəbul edib. Siz bunu nəzərdə tutursunuz?

– Bəli.   

– Nə deyə bilərəm İslamla bağlı. Yalnız bildiyim şeyi, çünki heç vaxt bilmədiyim şey haqda danışmıram. Hələ sovet dövründə, nə vaxt ki, çoxları nə kilsəyə, nə də məscidə yaxınlaşmağa çəkinirdi, Vladimir Putinin anası onu erkən yaşda gizli şəkildə kilsədə xaç suyuna saldırmışdı. Oğlunun boynuna sadə, adi bir xaç salmışdı – bunu o, indiyə kimi də gəzdirir, çıxarmır.

Həqiqətən də o, çox inanclı insandır, Allaha çox inanır. Dinə bağlılığını da heç vaxt reklam eləmir. Ancaq daxilən, gerçəkdən də Allaha çox inanan adamdır. Bununla yanaşı, həyatım boyu hələ heç vaxt görməmişəm ki, başqa bir dinin nümayəndəsi onun kimi İslama bunca səmimi şəkildə ehtiram bəsləsin. O, İslama çox böyük sayğı ilə yanaşır.

“Putin İslama böyük ehtiram bəsləyir, şayiələri onun düşmənləri uydurub”

– Rusiya prezidentinin İslamı qəbul eləməsi haqda iddiaların əsası ola bilərdimi? 

– Fikrimcə, bu, yəqin ki, hazırda gedən müəyyən proseslərlə bağlıdır. Onun İslamı qəbul eləməsi kimi iddiadan daha axmaq bir şey düşünmək çətindir. Bu, heç lətifə də deyil. Bunu onun düşmənləri uydurub, ortaya atıb.

– Boris Nemtsovun qətli barədə də çox danışılır…

– Məsələ ondadır ki, bir var gümanlar, fərziyyələr, təxminlər irəli sürəsən – bunu siyasətçilər, jurnalistlər edə bilər. Mən isə hüquqşünasam. Hüquqşünas gümanlar, fərziyyələrlə danışa bilməz. Odur ki, hüquqşünas kimi bunu deyə bilərəm: gerçəyi yalnız o şəxs bilir ki, cinayət işi ilə, cinayət işinin materialları ilə, qətlin faktları ilə tanışdır. Kim ki, bu materiallarla tanış deyil, yalnız ehtimallar irəli sürə bilər. Təhqiqatın bitməsini gözləmək lazımdır. Məhz o zaman hər şey aydın olacaq. Hələliksə, yalnız fərziyyələr mümkündür. KİV-lərdə izlədiyim qədər deyə bilərəm ki, ortaya atılan bir çox versiyaların əksəriyyəti  qeyri-obyektivdir və siyasi rəng daşıyır. Hələ yeni faktlar üzə çıxa bilər. Heç nəyi istisna eləmək olmaz. Gözləmək lazımdır ki, istintaq başa çatsın.

– Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, prezident əl sıxanda az qalır adamın barmaqları sınsın. Öz təcrübəniz nə deyir: həqiqətənmi görüşəndə Putin adamın əlini sındırır?  

– (Gülür) O, yəqin ki, obrazlı ifadə edib. Tezliklə 45 ilimiz tamam olacaq ki, bir-birimizin əlini sıxırıq. Ancaq bir dəfə də olsun o, mənim əlimi sındırmayıb və ya əlimə xətər yetirməyib. Deyə bilərəm ki, o, əsl kişi kimi görüşür.

 

Previous Post

Rusiya prezidentinin azərbaycanlı dostu onun haqqında yayılanlara reaksiya verdi

Next Post

Azərbaycanlı deputatlar İrəvana Türkiyənin xahişi ilə gedir?

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

Azərbaycanlı deputatlar İrəvana Türkiyənin xahişi ilə gedir?

Azərbaycanlı deputatlar İrəvana Türkiyənin xahişi ilə gedir?

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.