Rusiya prezidenti Çeçenistan rəhbəri ilə işgüzar görüş keçirib

73

Putin Kadırovdan NVO zonasındakı çeçen döyüşçülərinə təşəkkür sözlərini çatdırmağı xahiş edib.
Elchi.az xəbər verir ki, 2023-cü il martın 13-də Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırov ilə işgüzar görüş keçirib. İclasda Çeçenistan Respublikasının inkişafı məsələləri, ötən ilin inkişafının yekunları, habelə Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi məsələləri müzakirə edilib.
Görüş zamanı Rusiya prezidenti Çeçenistan rəhbərindən xüsusi əməliyyat zonasında olan çeçen hərbçilərə ən xoş sözlərini və təşəkkürünü çatdırmağı xahiş edib.
“Mən sizin oğlanlarınızın NVO zonasında necə döyüşdüyünü görürəm və onlara ən yaxşı sözləri söyləyirəm, çox sağ olun” Putin dedi.

Şayəstə