Rusiya olan yerdə Ermənistan söz sahibi deyildi…

74


“Kollektiv  Təhlükəsizlik  Təşkilatının müqaviləsinin  nizamnaməsinə əsasən təşkilatın üzvü olan dövlətlərin ərazisində xarici qüvvələrin silahlı yerləşə bilməz. Rusiya olan yerdə Ermənistanın söz sahibi olmaması hər kəsə bəlli idi”- bu sözləri Elchi.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, Azərbaycan ərazisində  hər hansı silahlı qüvvələrin və ya hərbi kontentinentin olması  faktı yalnız Azərbaycan tərəfindən müvafiq qaydada razılıq verdikdən sonra mümkün ola biləcəyini vurğulayıb:

” Ermənistanın  bu istiqamətdə irəli sürdüyü təkliflər  mahiyyət etibarilə heç bir perspektivi yoxdur. Nəticə isə sadəcə prosesin uzadılmasına xidmət edə bilər. Ermənistanın bölgəyə xarici qüvvələri cəlb etmək üçün sərgilədiyi davranışlar yeni dünya düzəninin mümkün qədər ermənilərin xeyrinə dəyişə biləcəyinizi ehtimal etdikləri zamanədək prosesi uzadılmasına xidmət edir.

Havar Şəfiyeva