"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Rusiya niyə Ukraynanı Xəzərdən vurur?

27 İyun 2023 - 13:56
in SİYASƏT
FacebookVatsap

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib ki, İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahlar dəniz yolu ilə də çatdırılır: “Rusiyanın Mahaçqala və Həştərxan limanları İrandan gələn hərbi yükləri qəbul edirlər. Bu iki ölkəni Xəzər dənizi birləşdirir və İran istehsalı olan hərbi texnika və silahlar dəniz yolu ilə çatdırılır”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İranın Xəzər dənizindən Rusiyaya hərbi texnika göndərməsi ilə bağlı xəbərlər başqa mənbələrdən də təsdiqini tapır:
“Rusiya bir neçə il əvvəl Xəzərdən Suriyada Bəşər Əsəd rejiminə müxalif olanlara raket zərbələri endirirdi. Rusiya eyni zamanda Xəzərdən hərbi gəmiləri vasitəsilə Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam edir. Bununla həm Rusiya, həm də İran özlərinin imzaladıqları Xəzərin hüquqi statusunu müəyyənləşdirən konevsiyaya zidd siyasət yürüdürlər.
Rusiya son illərdə Xəzərdəki donanmasına 5 hərbi gəmi əlavə edib. Rusiya Xəzərdə sualtı gəmilərinin də sayını artırmağı planlaşdırıb. İran da Rusiya kimi Xəzərdə hərbi gəmilərinin sayını artırıb. İranın Xəzər dənizindəki “Dəmavənd” esminesi yeni raketlər və silahlarla təchiz edilib. İran hərbi gəmiləri vasitəsilə Rusiya pilotsuz təyyarələr və dron zavodu üçün avadanlıqlar göndərir”.
Politoloq xatırladıb ki, Xəzər sahili ölkələrin liderləri 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq etdilər. Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndində “Xəzər dənizindən dinc məqsədlər üçün istifadə, onun sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin sülh yolu ilə həlli” nəzərdə tutulub:
“Rusiya və İran konvensiyanın bu bəndini pozurlar. Rusiya Xəzərdəki donanmasından Ukrayna ərazisini raket atəşinə tutmaqla bu ölkədəki infrastrukturu dağıdır, mülki insanlar həlak olurlar. Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastruktur obyektlərinə raketlərin atılması Konvensiyanın müddəalarını kobud şəkildə pozulmasıdır. Ukrayna Xəzərsahili ölkələrdən Azərbaycanla, Qazaxıstanla və Türkmənistanla tərəfdaşlıq münasibətlərinə malikdir. Rusiya həm Xəzər Konvensiyasını pozur, həm də bölgədən Xəzərsahili ölkələrin tərəfdaşının ərazisini bombalayır. Bununla Rusiya Xəzər dənizi akvatoriyasını hərbiləşdirir və bölgəni təhlükə mənbəyinə çevirir”.
Onun fikrincə, Kremlin Ukraynanı Xəzər akvatoriyasından bombalamasının bir neçə məqsədi var:
“Birincisi, Xəzər qapalı su hövzəsidir. Bu akvatoriyada Xəzərə aid olmayan ölkələrin hərbi gəmilərinin üzməsi mümkün deyil. Ona görə Rusiya donanması Xəzərdən Ukrayna ərazisini bombalayarkən buradan özünə qarşı təhlükə gözləmir. Misal üçün Kreml Qara dənizdəki dəniz donanması vasitəsilə Ukraynanın bombalanmasına risk etmir. Çünki bu halda Ukraynanın cavabı olacaq. Qara dənizdə Ukraynaya tərəfdaş olan sahil ölkələri də Rusiya donanmasına problem yarada bilərlər. Xəzərdə Rusiya üçün belə bir təhlükə yoxdur.
İkincisi, Kreml Xəzər akvatoriyasından Ukraynanı bombalamaqla digər sahilyanı ölkələrə gücünü göstərir və Xəzərdə əsas hərbi gücün Rusiyaya məxsus olduğunu vurğulayır. Rusiya Xəzərdə hərbi gəmilərinin sayını artırmaqla yanaşı Dağıstan ərazisində yeni hərbi dəniz limanları tikib.
Xəzərə sahili olan ölkələr hələ ki, Rusiyaya etiraz etmirlər. Ancaq Rusiya Xəzərdən hərbi məqsədlərlə istifadə etməkdə davam edərsə, Xəzər sahili ölkələrin Konvensiyanın pozulmasıyla bağlı ortaq bəyanat hazırlayıb yaymasına ehtiyac yaranacaq. Rusiyanın mövqeləri zəifləyib və belə bir bəyanatın yayılmasının zərurəti artıb. Bəyanat vasitəsilə Kremlə izah edilməlidir ki, Xəzərsahili ölkələr mövcud vəziyyətdən narazıdırlar və akvatoriyadan Ukraynanın bombalanmasının dayandırılmasını tələb edirlər. Rusiya və İranın Xəzərdə hərbi gəmilərinin sayının artıması Azərbaycan, Qazaxıstan və Türkmənistanın da Xəzərdəki hərbi donanmasını gücləndirməyə məcbur edib”.

Bunu da oxuyun

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

 

Previous Post

Rusiya niyə Ukraynanı Xəzərdən vurur?

Next Post

BƏƏ-də çoxmərtəbəli bina yanıb

Bənzər yazılar

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycana səfər edib. Elchi.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən...

ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

01 Oktyabr 2026 - 09:36

Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar onilliklər ərzində davamlı sülhün əldə edilməsi üçün ən yaxşı imkanı yaradıb. Elchi.az xəbər verir...

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak...

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: “Bakı...

Next Post
BƏƏ-də çoxmərtəbəli bina yanıb

BƏƏ-də çoxmərtəbəli bina yanıb

BƏƏ-də çoxmərtəbəli bina yanıb

BƏƏ-də çoxmərtəbəli bina yanıb

Son xəbərlər

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10
Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02
Frederick Starr: Regionu bütövlükdə təmsil edən vahid struktur hələ formalaşmayıb

Frederick Starr: Regionu bütövlükdə təmsil edən vahid struktur hələ formalaşmayıb

01 Oktyabr 2026 - 09:48
ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb

01 Oktyabr 2026 - 09:36
Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

01 Oktyabr 2026 - 09:15
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.