Rusiya-NATO Şurasının toplantısı başlayıb.
Elchi.az xəbər verir ki, iclas NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilir.
Rusiya diplomatik missiyasına xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəhbərlik edir. Görüş Rusiya və ABŞ arasında təhlükəsizlik təminatı ilə bağlı Cenevrədə baş tutan 9-10 yanvar danışıqları fonunda baş tutub.
Görüşün məqsədi Avropada təhlükəsizlik məsələləri, risklərin azaldılması və silahlar üzərində nəzarətdir. Görüşün 3 saat çəkəcəyi gözlənilir.