Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115-ə çatıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin sayının daha da artacağı ehtimal olunur.
“Crocus City Hall konsert zalında terror aktı baş verən yerdə fövqəladə hallar xidməti dağıntıları təmizləyərkən daha çox cəsəd tapılıb. Beləliklə, hazırda ölənlərin sayı 115 nəfərdir”, – mətbuat xidmətindən bildiriblər.
İstintaq Komitəsi əlavə edib ki, axtarış işləri davam edir.
Nuranə Məmmədova