"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rusiya İsrailin sifətinə tüpürdü – Qalmaqallı silah ixracına ŞƏRH

21 Aprel 2015 - 16:32
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Gürcüstanın mədəniyyət naziri istefa verib

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

“Nəhayət, İran bir neçə il Putinin qılığına girdikdən sonra S-300 raketlərinin ixrac edilməsinə nail oldu. Onsuz da bu hava hücumlarından müdafiə sistemlərinin satışı olmasa da, İsrail aviasiyası çətin ki, İrana hücum edəcəkdi”.

Bu mülahizələri israilli jurnalist Yosi Melman “maariv.co.il” saytında yazıb. ELCHİ.AZ aktual məsələdən bəhs edən yazını təqdim edir:

Rusiyanın İrana S-300 zenit-raketləri satmaq qərarı bir neçə səbəblə əsaslandırılır. Ayətullah rejiminin hələ bu silahın hansı modifikasiyası ilə təmin olunacağı bəlli deyil. Lakin, bu ən köhnə model belə olsa, söhbət dünyadakı ən yaxşı hava hücumlarından müdafiə sistemindən gedir. Bu sistem İsrail HHQ-nin İran nüvə obyektlərini bombardman etməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək.

Ehtimal olunur ki, səbəblərdən ən mühümü Rusiyanın İran bazarını öz məhsulları ilə təmin etmək istəyi ilə bağlıdır. İranın əhalisi isə 80 milyon nəfər təşkil edir. Raketlə yanaşı, tərəflər 20 milyard dollar dəyərində neft sövdələşməsindən də danışırlar. Başqa bir səbəb isə, Rusiyanın ABŞ-dan həm sanksiyalara, həm də Ukraynaya silah ixracına görə intiqam almaq istəyi ola bilər.

Rusiyanın qərarı İranın yaxın zamanda, yəqin ki, iyunda nüvə proqramının məhdudlaşdırılması barədə sazış imzalaması ehtimalı ilə də əlaqədardır. Saziş imzalandıqdan sonra qərb ölkələri İrana qarşı sanksiyaları ləğv etməlidir. Şəxsən mən sanksiyaların İranın bildiridiyi kimi birdəfəlik deyil, Obamanın vəd etdiyi kimi mərhələli şəkildə ləğv edilməsinə inanıram.

Bu və ya digər şəkildə. Rusiya saziş imzalandıqdan sonra hələ ki, gizlin olan Tehran Vaşinqton əməkdaşlığının güclənməsindən ehtiyat edir. Bəlkə də, bu əməkdaşlıq iki dövlət arasında diplomatik münasibətlərin bərpa edilməsi ilə nəticələnəcək. Daha sonra isə ABŞ şirkətləri yenə də İran bazarını zəbt etməyə və şahın dövründəki vəziyyəti geri qaytarmağa cəhd edəcəklər.

Şübhəsiz ki, məhz qərbin İranla danışıqlar aparması Rusiyanın bu ölkəyə S-300 ixrac etməsi qərarına təsir edib. Lakin bütövlükdə, prezident Putinin bu qərarı Rusiya Federasiyasının milli maraqlarından və beynəlxalq əlaqələrdən irəli gəlir. Buna görə də İsrail hökuməti kəşfiyyat işləri üzəri nazir Yuval Ştaynitsin dediyi kimi Obama adminstrasiyasını İranla sövdələşmədə ittiham etməyə tələsməklə yanlış etdi. Yuvalın yəqin ki, baş nazir Binyamin Netanyahu ilə razılaşdırılmış bu açıqlaması İsraili Obama adminstasiyası ilə münaqişə həddinə çatdıran yanlış addımlar zəncirinin daha bir halqası oldu.

İsrail Vaşinqtona yox, Moskvaya hiddətlənməlidir. Lakin İsrail özünü xuliqanlar tərəfindən döyülən və bunda öz qardaşını ittiham edən qorxaq kimi apardı. Baş nazir Netanyahu bir sutka gözlədi və daha sonra Putinə zəng vurub İrana S-300 satılmasına etirazını bildirdi. Lakin, baş nazir ötən dəfə etdiyi kimi təyyarəyə əyləşib birbaşa Moskvaya gəlmədi. Doğrudur, baş nazirin bu addımı da sövdələşmənin qarşını almayacaqdı, amma İsrailin nə qədər narahat olduğunu göstərəcəkdi.

Netanyahu konqresdə çıxış edərkən belə etdi, lakin bu, ona heç bir kömək etmədi. İrana S-300 ixracı İsrailin üzünə tüpürmək oldu. Lakin, İsrail hökuməti böyük səylə özünü elə göstərir ki, sanki bu, sadəcə yağışdır.

İllərlə Netanyahu və Liberman başçılığı ilə İsrail hökuməti Rusiyaya qayğı göstərdi, Putini əsəbiləşdirməmək üçün mümkün olan hər şeyi etdi. İsrail Gürcüstana silah ixrac edirdi, lakin Rusiyanın tələbi ilə Gürcüstanı satdı. Bu yaxınlarda, İsrail və İran Krımın zəbt edilməsini qınamayan azsaylı ölkələr arasında yer aldı.

Bu siyasətin əsas məqsədlərindən biri İrana silah ixracının qarşısını almaq idi. Bir neçə illər ərzində Liberman da daxil olmaqla İsrail siyasətçiləri bildirdilər ki, ABŞ-dan asılılığı azaltmaq və Rusiyaya yaxınlaşmaq lazımdır. Onlar deyirdilər ki, bizə bu sərfəlidir. İndi isə aydın olur ki, bu, belə deyil.

Lakin, həqiqət ondan ibarətdir ki, bu silah ixracı olmasaydı da, İsrail HHQ çətin ki İrana hücum edəcəkdi. İsrail əsasən də, Corc Buş prezident olduğu zaman hücum etmək üçün yaxşı imkanlara malik idi. Yüksəkrütbəli nazirlərdən biri bir dəfə mənə dedi ki, biz fürsəti yeddi il əvvəl əldən verdik.

2010-2012-ci illərdə Netanyahu baş nazir, Ehud Barak isə müdafiə naziri olduğu zamanda elə görünürdü ki, İsrail tez bir zamanda hücum edəcək. Vurğulayıram, “görünürdü”, çünki zənnimcə, hücum etməyə heç kəs hazırlaşmırdı da. Netanyahu və Barak sadəcə belə bir təəssürat yaratmaq istəyirdilər. HHQ məşq edir və səylə bütün təlimlərini dünya casus kameraları qarşısında nümayiş etdirirdilər. Keçmiş baş nazir Olmert bir dəfə demişdi ki, hücum hazırlıqlarına 11 milyard şekel sərf olunub. Netanyahu və Barak elə görüntü yaradırdılar ki, sanki, hücum hər an baş verə bilər. Hətta baş qərargah rəisinə ordunu müharibəyə hazırlamaq barədə əmr verdiklərinə eyham vururdular.

Bu yolla onlar baş qərargah rəisi Qabi Aşkenazi, “Mossad” şefi Meir Daqan və ŞABAK rəhbəri Yuval Diskinin səyi ilə bu hücumun qarşısının alındığı barədə təəssürat yaratdılar. Ekspertlər əmindirlər ki, bütün bunlar dezinformasiya idi. Netanyahu və Barak hücum etmək niyyətində deyildilər. Onlar dünyanın oyanması və İrana qarşı sanksiyalar tətbiq etməsi üçün səhnəcik hazırlamışdılar. Onların bu niyyəti baş tutdu. Barak Obama adminstrasiyası və Avropa hökumətləri başa düşdülər ki, müharibənin qarşısını almaq üçün İrana qarşı sanksiyalar tətbiq etmək və İranı nüvə proqramını məhdudlaşdırmağa məcbur etmək lazımdır.

Lakin, mən tam başqa fikir bildirəcəm. Hesab edirəm ki, İranla psixoloji müharibəsi çərçivəsində Netanyahu və Barak güc strukturlarının rəislərini də aldadıblar. Onlarda da müharibəyə hazırlıq təəssüratı yaradıblar. Bununla da onlar bütün ideyanın etibarlılığını alt-üst etdilər.

Previous Post

Rusiya İsrailin sifətinə tüpürdü – Qalmaqallı silah ixracına ŞƏRH

Next Post

“Müğənni də ora-burasını açır ki…”

Bənzər yazılar

Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib. Elchi.az xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib. Tinatin Ruxadze vəzifəsini...

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26

Rumıniyada Dunay çayında suyun səviyyəsinin düşməsi səbəbindən göyərtəsində 200-dən çox insan olan İsveçrə gəmisi qumluğa oturub. Elchi.az xəbər verir ki, bu...

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

28 İyul 2026 - 17:48

İtaliya hökuməti Corca Meloninin rəhbərliyi altında ölkənin 1986-cı ildə Çernobıl AES-dəki qəzadan sonra imtina etdiyi nüvə energetikasına qayıdışı üçün zəmin...

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə, bu ölkənin körpülərini və elektrik stansiyalarını məhv edəcəyi ilə hədələyib. Elchi.az xəbər...

Next Post

“Müğənni də ora-burasını açır ki...”

“Müğənni də ora-burasını açır ki...”

Son xəbərlər

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59
İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

28 İyul 2026 - 17:48
U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

28 İyul 2026 - 17:36
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25
Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

28 İyul 2026 - 17:19
Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.