Pakistan öz iqtisadi problemlərinə baxmayaraq Kiyevə humanitar yardım göndərib. Elchi.az “Nikkei Asia”ya istinadən xəbər verir ki, bu qərarı Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra açıqlayıb.
“Ukrayna xalqı ilə həmrəy olaraq və öz iqtisadi problemlərimizə baxmayaraq, biz humanitar yardım göndərdik”, – pakistanlı diplomat bildirib.
Pakistan hökumətinin sözçüsü anonimlik şərti ilə “Nikkei Asia”ya deyib ki, Pakistan hakimiyyəti üçün Qərbin dəstəklədiyi Ukrayna və Rusiya arasında balansı saxlamaq çox vacib və çətindir, çünki onlar hər iki qrupun iqtisadi dəstəyinə ehtiyac duyurlar.
Qeyd edək ki, Pakistanın Ukraynadakı münaqişə ilə bağlı bir sıra məsələlərdə ABŞ-ın siyasətinə maneçilik törətməkdən yayındığı daha əvvəl bildirilirdi.
Havar Şəfiyeva