Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və Çin 2023-cü ildə ticarət dövriyyəsini 200 milyard dollara çatdıracaq.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Rusiya və Çin liderlərinin qarşıya qoyduğu ticarət dövriyyəsinin 200 milyard dollara çatması hədəfi artıq planlaşdırıldığı kimi 2024-cü ildə deyil, 2023-cü ildə reallaşacaq”,-deyə Uşakov jurnalistlərə bildirib.
Ötən ilin sonunda ticarət dövriyyəsi 185 milyard dollar təşkil edib.
Uşakov qeyd edib ki, son bir neçə ildə Rusiya ilə Çin arasında ticarət hər il 30% artıb. Çin Rusiyanın ən böyük xarici ticarət tərəfdaşıdır və bu statusu Qərbin sanksiyaları ilə gücləndirir.
Yeganə