Rusiya hökuməti bütün ölkə boyu kömür tullantılarının yaşayış və yol tikintisində tikinti materialı kimi istifadəsini təşviq etmək təşəbbüsü ilə çıxış edib.
Elchi.az xəbər verir ki, Rayonlaşdırma Nazirliyinin rəsmiləri bildirirlər ki, beton qarışıqlarında kömür külündən istifadə etməklə xərcləri 10%-dən 20%-ə qədər azaltmaq olar.
Energetika Nazirliyinin hesabatlarına görə, bu layihə sayəsində ölkə iqtisadiyyatı 2035-ci ilə qədər 113 milyard rubl (1,1 milyard dollar) qazana bilər. Layihənin layihəsinin nazirliklər tərəfindən hazırlanaraq ayın sonunda təsdiq olunmaq üçün hökumətə təqdim olunması gözlənilir.
“İzvestiya” qəzeti yazır ki, bu kömür tullantıları istilik elektrik stansiyalarında yandırılan kömürdən qalan kül və şlaklardır. Qəzet onu da qeyd edir ki, Sovet İttifaqı dövründə belə tullantılar bənd tikintilərində geniş istifadə olunurdu.
Şayəstə Hüseynova