Rusiya hərbi kolonnası Luqanska daxil olub
Ukraynanın Luqansk vilayətinə Severnıy qəsəbəsindən 20 Rusiya ağır texnikasından ibarət kolonna daxil
olub. Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə vətəndaş təşəbbüsü ictimai təşkilatın sədri Dmitri Sneqirov məlumat yayıb.

O, belə bir məlumatı hadisənin şahidi olan yerli sakinlərdən və qurumun üzvlərindən aldığını bildirib. Kolonnanın əsasən “Qrad” yaylım atəşli sistemlərdən ibarət olduğu deyilir. Sneqirov onu da əlavə edib ki, hazırda Rusiyanın Rostov vilayətində bu gecə sərhədi keçib Ukraynaya daxil olmaq istəyən 2 min könüllü toplanıb.