"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Rusiya geri çəkilir: “İlk addımı Türkiyə atsın”

09 Fevral 2016 - 08:50
in aktual-banner, Banner, MANŞET, SİYASƏT, XƏBƏR LENTİ
FacebookVatsap

“Türkiyəylə Rusiya arasında münasibətlərin normallaşması üçün ilk addımı qarşı tərəf atmalıdır”.

Bunu da oxuyun

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığında bildirib.

Məlumatı mətbuata verən Nursultan Nazarbayev Putinlə Avrasiya Birliyi və Şanxay Əməkdalıq Təşkilatı barədə də müzakirələr apardıqlarını etiraf edib.

Xatırladaq ki, bu zamana qədər rəsmi Ankara Moskvaya dəfələrlə görüşmək üçün müraciət etmişdi. Bütün bu “ilk addımları” bir qayda olaraq cavabsız qoyan Putin münasibətləri bərpa etmək üçün Türkiyənin üzr istəməsi tələbini irəli sürürdü. İndisə mücərrəd “ilk addım” anlayışının ortaya atılması Rusiya siyasi iradəsinin bir addım dala çəkilməsi mənasına gəlir.

Bəs, görəsən, bu geri addımın səbəbi nədir?

Zənnimizcə, bunun 2 əsas səbəbi var:

1. Beynəlxalq sanksiyalara məruz qalan şimal qonşumuzun iqtisadi vəziyyəti;

2. Regionda hərbi situasiyanın tamamilə Rusiyanın əleyhinə çevrilməsi.

Ekspertlərin fikrincə, iki dövlət arasındakı münasibətlərin korlanmasından ən çox Rusiya zərər görür. Bu dövlətlər arasında ticarət dövriyyəsi ildə 32 milyard dollardır və bunun hardasa 75%-i rus ixracatının payına düşür. Rusiyaya ildə 5-6 milyard dollarlıq mal satan Türkiyə hər il ondan 25 milyard dollar həcmində enerji daşıyıcıları alırdı. Türkiyə bu xüsusiyyətilə Rusiyanın Almaniyadan sonra ikinci böyük bazarı hesab olunurdu.

Təyyarə böhranından sonra münasibətlərin pozulması nəticəsində Türkiyə Rusiyaya satdığı mallarını Avropa ölkələrinə də ixrac edə bilər. Avropa ölkələrinin ağır sanksiyalarıyla üzləşən Rusiyanın isə belə bir şansı yoxdur.

Üstəlik, getdikcə ucuzlaşan neft qiymətləri Rusiya iqtisadiyyatını onsuz da pis vəziyyətə salıb. Ölkənin rəsmi statistika qurumu “Rossat”ın etiraflarına görə, 2014-cü ilin ilk yarısına qədər Ümum Milli Məhsulu 439 milyard dollar olan Rusiyada bir ildən sonra bu rəqəm 262 milyard dollara düşmüşdü. İndi həmin rəqəmin də xeyli “əridiyi” güman olunur.

Rusiyanın ən məlumatlı iqtisadçısı, sabiq dövlət müşaviri Andrey Klepaçın fikrincə, neftin dünya bazarında qiymətləri 50 dollar civarında seyr edəcəyi təqdirdə, Ümum Milli Məhsulun tənəzzülü davam edə, 40 dollar civarında olarsa isə iqtisadiyyat tamamilə çökə bilər. Hazırda isə qiymətlər 30 dollar civarındadır. Deməli, Klepaçın proqnozlarına inansaq, Rusiya iqtisadiyyatının iflic durumuna düşməsinə çox qalmayıb. Sözsüz ki, belə bir zamanda özünün ən böyük ikinci bazarını əldə qoruyub saxlamaq Moskva üçün həyati əhəmiyyət kəsb edir. Qəzəbli Putinin birdən-birə ifadə tonunu dəyişməsi bu mənada anlaşılmaz deyil.

Başı iqtisadi və maliyyə böhranı ilə ağrıyan Rusiyanın heç hərbi sahədə də “bəxti gətirmir”. Bir müddət əvvəl dünya hegemonluğundakı imzasını təsdiqləmək üçün hərbi müdaxilə etdiyi Suriyada bütün texniki üstünlüklərinə baxmayaraq, hələ də rejim əleyhdarı “mülayim müxalif”ləri məhv edə bilməyib. Müxaliflər başlarına nə qədər bomba yağsa da, qarşı tərəf müqavimət göstərir, döyüşür, mövqelərini asanlıqla əldən vermək istəmirlər.

Bu da azmış kimi, Səudiyyə Ərəbistanı və Türkiyənin rəhbərliyi altında 150 minlik nizami hərbi qüvvələrin Suriyaya müdaxilə etməyə hazırlaşdıqları barədə xəbərlər yayılır. Moskvanın bu durumdan narahatlığı “hadisələri diqqətlə izləyirik” şəklindəki şərhindən də hiss olunur.

Səudiyyə krallığının təlim keçdiyi ordu birləşmələrinin İŞİD-lə vuruşmaq üçün hazırlaşdığı xəbər verilsə də, Suriyada rus hərbçiləri ilə qarşılaşması da istisna deyil.

Digər tərəfdən Rusiyaya Ukraynadan da ikinci cəbhə açılacağı ehtimalı var. II Dünya müharibəsindəki faşist Almaniyası kimi, bütün beynəlxalq aləmin qəzəbini öz üzərinə çəkən Rusiyanın qlobal bir savaşa girməsi tamamilə tükənməsinə səbəb ola bilər.

Görünür, Rusiya siyasi iradəsi indi düşmən qazanmaq yox, düşməni dosta çevirmək zamanının gəldiyini anlayır. Fəqət açıq şəkildə geri addım atmağı da qüruruna sığışdırmadığından əvvəlki şərtini üzrdən “ilk addım”a dəyişdirir. Ona hava-su kimi lazım olan bu addımı isə Ankaradan gözləyir, iki dövlət arasında ən yaxın simsar kimi Qazaxıstan prezidentini qabağa verir.

Heydər Oğuz

Previous Post

Rusiya geri çəkilir: “İlk addımı Türkiyə atsın”

Next Post

«Der Spiegel»: “Merkelin Ərdoğandan xoşu gəlmir, lakin ona ehtiyacı var”

Bənzər yazılar

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 26-cı ildönümü ilə bağlı...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq. Elchi.az xəbər verir ki, bu, ümumdünya təşkilatının rəsmi saytında...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

Next Post

«Der Spiegel»: "Merkelin Ərdoğandan xoşu gəlmir, lakin ona ehtiyacı var"

«Der Spiegel»: "Merkelin Ərdoğandan xoşu gəlmir, lakin ona ehtiyacı var"

Son xəbərlər

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

22 Avqust 2026 - 10:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.