Rusiya gəmisi İsveçə buraxılmadı

🗓 12.08.2014 18:03 ✍️ "Elçi" qəzeti

Rusiyanın Murmansk Texniki universitetinə məxsus “Sedov” adlı gəmisi İsveçin Trelleborq limanınaimg1617456 buraxılmayıb.

Axar.az xəbər verir ki, bunu universitetin dəniz məsələləri üzrə prorektoru Nikolay Porunov bildirib.
Onun sözlərinə görə, İsveç tərəfi gəminin limana hansı səbəbdən buraxılmaması ilə bağlı heç bir açıqlama verməyib.
“Hazırda məsələ ilə bağlı araşdırma aparırıq, hələ ki bizə heç bir səbəb demirlər”, - deyə Porunov bildirib.
Qeyd edək ki, “Sedov” gəmisi Trelleborq şəhərinin meri tərəfindən dəvət olunmuşdu.

Bənzər yazılar