Rusiya Finlandiya səfirliyinin və konsulluğunun bank hesablarını dondurur

87

Rusiyanın , Finlandiyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı baş konsulluğunun bank hesablarını dondurduğu bildirildi.
Elchi.az xəbər verir ki, Finlandiyada nəşr olunan Helsingin Sanomat qəzetinin məlumatına görə, Rusiya Finlandiyanın bu ölkədəki səfirliyinin və baş konsulluğunun bank hesablarını dondurub.
Qəzetə verdiyi açıqlamada Finlandiya Xarici İşlər Nazirliyi sözügedən hesablara daxil olmaq mümkün olmadığını təsdiqləyib.
Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.
Qəzetin xəbərinə görə, Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.
Finlandiyanın Moskvadakı səfirliyi, onun Rusiyada iki nümayəndəliyi var, onlardan biri Sankt-Peterburqdakı Baş Konsulluqdur.

Nuranə Məmmədova