"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Rusiya FF-sı  Platiniyə rüşvət verib

02 Dekabr 2014 - 11:54
in İDMAN
FacebookVatsap

Bu barədə məlumatlar “The Sunday Times” qəzeti tərəfindən Britaniya Parlamenti Mədəniyyət, Media və İdman Komitəsinə təqdim edilib.foto-qezet+++

Bunu da oxuyun

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

Britaniya hərbi kəşfiyyatı,”Mİ6”-nın keçmiş casusları 2018-ci ilin futbol üzrə Dünya Çempionatına ev sahibliyini əldə etmək üçün Rusiyanın “korrupsiyaya əl atdığını aşkar ediblər”.

Elchi.az-ın “AzadlıqRadoiosu”-na istinadən məlumatına görə, Britaniya mətbuatı xəbər verir ki, İngiltərənın Dünya Çempionatı üçün Müraciət Komitəsi qlobal futbol idarəsi FİFA-nın içində korrupsiya hərəkətlərinin aşkar edildiyi barədə məlumat yayıb.

Bu barədə xəbərlərdə deyilib ki, Müraciət Komitəsi, Rusiyanın 2018-ci ilin Dünya Futbol Çempionatı üçün ev sahibliyini necə əldə etməsini öyrənmək məqsədilə özəl kəşfiyyat şirkətlərinin xəfiyyələrinin xidmətlərindən istifadə edib.

O da bildirilib ki, Rusiyaya qarşı “futbol kəşfiyyatında” Britaniya xüsusi xidmətlərinin zabitləri də rəsmən iştirak ediblər.

Müraciət Komitəsi iddia edir ki, kəşfiyyat prosesində Rusiya prezidenti Vladimir Putinin ölkənin ən güclü oliqarxlarını 2018-ci il çempionatının ev sahibliyinin əldə olunmasına səfərbər etdiyinə dair dəlillər əldə olunub.

Bu barədə məlumatlar “The Sunday Times” qəzeti tərəfindən Britaniya Parlamenti Mədəniyyət, Media və İdman Komitəsinə təqdim edilib.

Abramoviçin xüsusi tapşırığı

13 səhifəlik dosyedə bildirilir ki, “Çelsi” Futbol Klubunun sədri Roman Abramoviçə 2018-ci ilin futbol çempionatını Rusiyaya “gətirmək” üçün öz sərvətindən və nüfuzundan asılı olan hər şeyi etmək tapşırılıb.

“Mİ6” hərbi kəşfiyyat xidmətinin keçmiş zabitlərindən biri qəzetə deyib ki, Abramoviçin Cənubi Afrikada FİFA prezidenti Sepp Blatterlə görüşü izlənib.

“The Sunday Times” qəzetinin dosyesində FİFA rəsmilərinin rüşvət almalarına və səsvermə fırıldaqları etmələrinə dair yeni iddialar irəli sürülür.

Diplomatik missiyaların futbol missiyası

Qəzet iddia edir ki, keçmiş kəşfiyyat xidməti zabitləri 2018-ci ilin Dünya Futbol Çempionatının ev sahibliyinə namizəd olan digər 8 ölkənin müraciət komitələrini də izləyiblər.

Casusluq fəaliyyətinin xərcləri İngiltərə Müraciət Komitəsinin sponsorları və şərikləri tərəfindən ödənib.

Dosyedə 2018-ci il çempionatının ev sahibliyinin Rusiyaya verilməsində Abramovich-in müstəsna rolu olduğu iddia edilir.

Britaniya qəzetləri yazır ki, İngiltərə futbolu üçün casusluq əməliyyatlarında həmçinin Britaniyanın müxtəlif ölkələrdəki səfirlikləri də iştirak ediblər.

Bu səfirliklər Rusiya Müraciət Komitəsinin təbliğat məqsədilə müxtəlif ölkələrə səfərlərini izləyiblər.

Mobil telefonlar üçün qurğuşun qutular

Dosyedə deyilir ki, Rusiyanın 2018-ci il Dünya Futbol Çempionatının ev sahibliyi üçün müsabiqənin nəticələrinə korrupsiya yolu ilə təsir etmək cəhdləri 2010-cu ilin ortalarından və şəxsən Rusiya prezidentinin prosesə qoşulmasından sonra başlanıb.

Casusluq əməliyyatı həmçinin Rusiya kəşfiyyatının İngiltərə Müraciət Komitəsini izləyib-izləmədiyini yoxlayırmış.

Bu istiqamətdə İngiltərənin futbol elçilərinə anti-kəşfiyyat tədbirləri barədə məsləhətləri Britaniyanın xüsusi xidmətləri veriblər.

Məsləhətlərə mehmanxana otaqlarında “böcəklər”in olub-olmamasının yoxlanması, habelə danışıqlar zamanı mobil telefonların qurğuşun qutularda saxlanması kimi tövsiyələr daxil idi.

Sibir qazı sövdələşməsi

Ancaq bütün bunlara və İngiltərə Müraciət Komitəsinə baş nazir Devid Kemeronun, futbol ulduzu Devid Bekhemin və şahzadə Uilyamın daxil olmasına baxmayaraq, 2018-ci və 2022-ci illər üçün çempionatlara ev sahibliyini Rusiya və Qətər qazanıblar.

“BBC” xəbər verir ki, Abramoviçin sözçüsü öz bosunun Rusiyanın ev sahibliyi üçün fəaliyyət göstərməsində heç bir qanunsuzluğun olmadığını deyib.

Bununla belə, xəbər verilir ki, Qətər və Rusiya FİFA səsverməsində biri digərini dəstəkləmək üçün Sibirdəki iri qaz layihələrindən biri barədə sövdələşməyə giriblər.

“The Sunday Times” qəzetinin məlumatında deyilir ki, kəşfiyyat xəfiyyələrinin rəyinə görə bu işdə korrupsiyanın miqyası Rusiya və Qətərdən başqa bütün namizədlərin şanslarını əvvəlcədən heçə endirmişdi.

“The Sunday Times” qəzetinin yeni dosyesində FİFA-ya qarşı əvvəllər gizli saxlanan bir sıra yeni korrupsiya ittihamları açıqlanır.

FİFA-nın keçmiş ABŞ prokuroru Mixael Qarsia tərəfindən aparılmış öz təhqiqatı Rusiya və Qətərin heç bir qanunsuzluğa yol vermədikləri barədə nəticəyə gəlib.

Ancaq Qarsia FİFA-nı onun hesabatının tam mətnini açıqlamamaqda ittiham edib.

Pikasso rüşvət qismində

İngiltərə Müraciət Komitəsinin əldə etdiyi kəşfiyyat məlumatına görə, Rusiya komitəsi UEFA-nın rəhbəri Mişel Platiniyə Rusiyanın ev sahibliyinə səs verməsi üçün Pikassonun tablosunu bağışlayıb. Bu tablonun Sankt-Peterburqdakı Ermitaj Dövlət Muzeyindən çıxarıldığı bildirilir.

Həmçinin əlavə olaraq bildirilir ki, bahalı hədiyyəni FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Viaçeslav Koloskov çatdırıb.

Cənab Koloskov-un habelə başqa bir rəsm əsərini Belçika nümayəndəsi Mişel d’Hüqoya verdiyi bildirilir.

O həmin rəsmi Brügge şəhərindəki ziyafətdən sonra Koloskovdan qəbul etdiyini boynuna alıb, lakin əlavə edib ki, “bu eybəcər rəsmi” evinin çardağına “tullayıb”.

Cənab Platini isə Rusiyanın 2018-ci il ərizəsi ilə bağlı olan kimdənsə heç bir hədiyyə almayıb.

Defamasiyadan yayınma fəndi

Dosyedə həmçinin Almaniya futbolunun keçmiş rəsmisi Franz Beckenbauer-ə qarşı korrupsiya iddiaları irəli sürülür. İngiltərə Müraciət Komitəsinin mənbələrindən biri onu “bütün bu dəstədə ən çox korrupsiyalaşmış şəxs” adlandırır.

Britaniya mətbuatı yazır ki, FİFA-dakı korrupsiya halları iddialarına dair müxtəlif hesabatlar, habelə FTB-nin ABŞ-da FİFA-ya dair apardığı təhqiqat hələkik cənab Blatteri postundan tərpətmək üçün kafi olmayıb.

“The Sunday Times” qəzeti isə öz dosyesini parlament komistəsi vasitəsi ilə ona görə açıqlayıb ki, özünü defamasiya ittihamlarından qoruya bilsin.

Mövcud qanunlara görə parlamentin internet saytından təkrar dərc olunmuş materiallara görə defamasiya məsuliyyəti daşınmır.

Previous Post

Rusiya FF-sı  Platiniyə rüşvət verib

Next Post

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Bənzər yazılar

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən təşkil olunmasını istəyir”. Elchi.az xəbər verir ki, bunu FIFA-nın...

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45

“Düşünürəm ki, bu, FIFA-nın 120 illik tarixində həyata keçirdiyi ən yaxşı işdir”. Elchi.az xəbər verir ki, bunu FIFA prezidenti Canni...

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24

Fransanın “Monako” klubunun hücumçusu Paris Brunner karyerasını Almaniyada davam etdirə bilər. Elchi.az xarici KİV-ə istinadla xəbər verir ki, Münhen “Bavariya”sı 20...

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

Next Post

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.