“Rusiya Şimali Koreyadan artilleriya mərmiləri alır.
İrandan dron aldığı da məlumdur.
Mən Rusiyanın kağızdan qaplan olduğunu bilirdim, amma düşünürdüm ki, ən azından illərlə tükənməyəcək mərmi və digər silah-sursat ehtiyatları var”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli FB hesabında bildirib:
“Ukrayna müharibəsi kənardan güclü görünən Putin Rusiyasının bütün makiyajını yuyub apardı.
Türkiyə və Azərbaycandakı rusiyaçı-avrasiyaçı çevrələr də şok yaşayır, indi bütün ümidlərini ona bağlayıblar ki, Putin qışda Avropanın qazını tam kəsəcək, onlar isə dözməyib sınacaqlar və Qərb bu məsələdə bölünəcək”.
Şayəstə