Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Ukrayna ilə bağlı yeni qətnamənin hazırlanmasının mümkünlüyündən danışıb. Elchi.az xəbər verir ki, o, bu barədə RİA Novosti ilə söhbətində bildirib.
“Biz bunun üçün heç bir şərt görmürük” deyən Polyanski yeni qətnamə üçün ideyaların olmamasına diqqət çəkərək etiraf edib.
O, həmçinin qeyd edib ki, Ukraynada Rusiyanın da iştirak etdiyi münaqişənin başlanğıcında Moskva humanitar məsələlərlə bağlı öz qətnamə layihəsini təklif edib, lakin bu, Qərb üçün məqbul deyil.
Bundan əvvəl xəbər verilib ki, BMT Baş Assambleyasının sosial, humanitar və insan hüquqları məsələləri ilə məşğul olan Üçüncü Komitəsi nasizmin tərənnümü ilə mübarizə üçün Rusiya qətnaməsi qəbul edib. Səsvermə zamanı 112 ölkə lehinə, 50 ölkənin, o cümlədən Ukrayna, Almaniya, ABŞ, Kanada və Böyük Britaniyanın nümayəndəsi qətnamənin əleyhinə səs verib.
Havar Şəfiyeva