Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, əsir düşən əsgərlərin mübadiləsi Ukrayna ilə danışıqların üçüncü raunduna qədər tamamlanmalıdır.
Elchi.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb.
İstanbuldakı birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski vasitəsilə Ukrayna ilə danışıqları davam etdirdiklərini qeyd edən Peskov, “Kiyev rejiminin nümayəndələri ilə birbaşa danışıqlar aparırıq. ABŞ-ın vasitəçilik səyləri çərçivəsində birbaşa danışıqlar aparılır” – deyib.
Ukrayna ilə hərbi əsir mübadiləsinin davam etdiyini açıqlayan Peskov, “Hələ tamamlanmalı olan bir mübadilə prosesi var və ikinci turda əldə edilən razılaşmaların yerinə yetirilməsi üçün əlavə razılaşmalar hazırlanır” – deyə vurğulayıb.
Peskov bildirib ki, bu mübadilələrdən sonra danışıqların üçüncü raundu ilə bağlı detallar müzakirə olunacaq. “Biz bundan sonra qərar qəbul etməli olacağıq; biz hələ də Ukraynadan təkliflər gözləyirik. Üçüncü raundda biz əvvəllər mübadilə etdiyimiz memorandum layihələri ilə bağlı məsləhətləşəcəyik”.
Nuranə Məmmədova


















