İyirmilik Qrupu (G20) sammitində jurnalistlər Rusiya bayrağı ilə foto çəkmək üçün növbəyə düzülüblər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti müxbiri məlumat yayıb.
“Bu gün hamı yanıma gəlir, hətta bu bayrağı gətirdiyimiz üçün hamı təşəkkür edirdi. Bəziləri hətta bayraqlarını unutduqlarına görə paxıllıq edirlər, amma biz Rusiya tərəfi cəhd edib gətirdik”, – deyə bayrağı zirvəyə gətirən jurnalist Yekaterina Nadolskaya bildirib.
Onun sözlərinə görə, Rusiya bayrağı “BRİKS” ölkələri arasında da eyni populyarlıq qazanıb. Hindistanda yerli sakinlər və jurnalistlər Rusiyaya və onun prezidentinə çox hörmətlə yanaşırlar, deyə media əməkdaşı əlavə edib.
Qeyd edək ki, G20 sammiti sentyabrın 9-dan 10-dək Hindistanın Yeni Dehli şəhərində keçirilib.
Havar Şəfiyeva