"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Rusiya Azərbaycanın vacib tərəfdaşıdır` – Sergey Şoyqu

15 Avqust 2016 - 22:13
in XƏBƏR LENTİ
FacebookVatsap
  • Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

    Bunu da oxuyun

    Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

    Parlament komitəsi şəhid övladları ilə görüşəcək

    Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

    Müdafiə Nazirliyindən  verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

    Qarşılanma mərəsimindən sonra ordu generalı S.Şoyqu Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib.

    Hər iki ölkənin Müdafiə naziri arasında geniş tərkibdə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını, əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini xüsusi qeyd edib.

    Ənənəvi “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarına uğurla ev sahibliyi etdiyinə görə rusiyalı həmkarını təbrik edən Azərbaycanın Müdafiə naziri Silahlı Qüvvələrimizin hərbi qulluqçularının bundan sonra da bu mötəbər müsabiqədə iştirak edərək peşəkarlıqlarının artırılmasının zəruriliyini bildirib.

    Müdafiə naziri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini də qonaqların diqqətinə çatdırıb.

    Ordu generalı S.Şoyqu öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm dostluq münasibətlərinə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bir daha vurğulayıb.

    Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

    Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Previous Post

`Rusiya Azərbaycanın vacib tərəfdaşıdır` – Sergey Şoyqu

Next Post

Rioda daha bir medal qazandıq

Bənzər yazılar

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 - 15:43

“Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək....

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

Parlament komitəsi şəhid övladları ilə görüşəcək

22 Sentyabr 2026 - 15:16

Elchi.az Modern.az-a istinadən xəbər verir ki, bu, komitənin 2026-cı ilin payız sessiyası üçün təsdiqlənmiş iş planında əksini tapıb. Görüşün noyabr...

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanılacaq

22 Sentyabr 2026 - 14:47

Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına...

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

22 Sentyabr 2026 - 14:33

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə...

Next Post

Rioda daha bir medal qazandıq

Atanız streslidirsə, siz də elə olacaqsınız...

Son xəbərlər

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı 50-ni ötüb

22 Sentyabr 2026 - 17:59
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

22 Sentyabr 2026 - 17:46
Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

22 Sentyabr 2026 - 17:28
Bu qurumlar sabahdan distant iş rejiminə keçir

Bu qurumlar sabahdan distant iş rejiminə keçir

22 Sentyabr 2026 - 17:15
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22 Sentyabr 2026 - 17:09
Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

Portuqaliya səfirinin cəsədi Sofiyadakı iqamətgahında tapılıb

22 Sentyabr 2026 - 16:58
Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

Rubio: Tramp Zelenski ilə “energetika barışığı”nı müzakirə edəcək

22 Sentyabr 2026 - 16:44
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

22 Sentyabr 2026 - 16:37
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib

22 Sentyabr 2026 - 16:25
Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş sabahdan pulsuz olacaq

Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş sabahdan pulsuz olacaq

22 Sentyabr 2026 - 16:19
Bakıda 40 kq narkotik aşkarlanıb

Bakıda 40 kq narkotik aşkarlanıb

22 Sentyabr 2026 - 16:07
Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı

22 Sentyabr 2026 - 15:52
Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur – İlham Əliyev

22 Sentyabr 2026 - 15:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.