Rusiyadan “Apple” şirkətinə 1,17 milyard rubl CƏRİMƏ

38

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) ABŞ-ın texnologiya nəhəngi olan “Apple” şirkətini Rusiyanın antiinhisar qanununu pozduğuna görə 1,17 milyard rubl (17 milyon dollardan çox) məbləğində cərimələdiyini açıqlayıb.

Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, cərimə ötən ilin iyul ayında tərtibatçıları yalnız şirkətin özünün təqdim etdiyi ödəniş sistemindən istifadə etməyə məcbur edən “AppStore” qaydaları ilə yerli qanunları pozduğuna görə tətbiq edilib.

Bundan əvvəl FAS antiinhisar qaydalarını pozduqlarına görə xarici texnoloji nəhəngləri gəlirlərinin 0,01%-0,15 faizi məbləğində cərimələyəcəkləri ilə hədələmişdi. Oxşar qərar ötən ilin iyulunda ABŞ-ın digər texnologiya nəhəngi “Google”a qarşı FAS tərəfindən qəbul edilib.

Lakin “Apple”dan fərqli olaraq, “Google Play” ödəniş qaydalarını dəyişdirərək FAS-ın ötən sentyabr ayında verdiyi xəbərdarlığa əməl edib.

Keçən sentyabr ayında Moskva və Kiyev arasında davam edən müharibənin başlanğıcında “Apple” Rusiyadan çıxdığını elan etdiyi üçün cərimənin dəqiq necə tətbiq ediləcəyi hələlik bəlli deyil.

Yeganə