"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Rusiya, ABŞ və Avropanı nələr gözləyir? – ŞOK PROQNOZ

11 Fevral 2016 - 09:29
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

“The Express” qəzetinin yazdığına görə, “Strategic Forecasting” özəl araşdırma şirkəti yaxın onillikdə dünyanın siyasi-iqtisadi mənzərəsinin proqnozunu verib.

Bu proqnoza əsasən, yaxın gələcək siyasi çaxnaşmalar, maliyyə təlatümləri və daimi terror təhlükəsi ilə zəngin olacaq.

Qəzet yazır ki, “Strategic Forecasting”-in hesabatındakı bəzi məqamlar həqiqətən də dəhşətlidir.

 

Dörd Avropa

Hesabata görə, bu onillikdə Avropa dörd yerə parçalanacaq.

Avropanın “yeni parçaları” Qərbi Avropa, Şərqi Avropa, Skandinaviya və Britaniya adaları kimi tanınacaq.

Proqnoza görə, bu hissələr arasında əməkdaşlıq və ümumiyyətlə, münasibətlər zəifləyəcək.

Hesabatda deyilir ki, ola bilsin, Avropa İttifaqı bir təsisat kimi qalmaqda davam edəcək, lakin ölkələr arasındakı iqtisadi, siyasi və hərbi əlaqələr daha çox ikitərəfli müqavilə və razılaşmalara əsaslanacaq.

 

Çin iqtisadiyyatı tənəzzüldə olacaq

Proqnoza görə, Çin, yaxın on ildə siyasi xaosla üzləşəcək. Hesabatda deyilir ki, Çinin yenicə başlanmış iqtisadi yavaşıması qarşıdan gələn on ildə tənəzzülə çevriləcək.

Bütün bunlar ümumi narazılığa və Kommunist Partiyasına qarşı etirazlara gətirib çıxaracaq.

Proqnoza görə, Çin Kommunist Partiyası daha barışdırıcı mövqe tutmaqdansa, daha sərt tədbirlərə əl atacaq.

Çinin əsas problemləri, onun ölkə sərvətini əhali arasında düzgün paylaşmamasından irəli gələcək. Ümumilikdə ölkənin iqtisadi inkişafı son dərəcə azalacaq.

“Putin üsyan edən Moskvanı görəcək”

Hesabatda deyilir ki, Rusiya süqut edəcək.

“Vladimir Putin üsyan edən Moskvanı öz gözləri ilə görəcək” – deyilir hesabatda. Moskvaya qarşı üsyan olmasa da, Moskva Rusiya Federasiyasının geniş ərazisi üzərində nəzarəti itirəcək.

Hesabata görə, parçalanmış Rusiyanın fraqmentləri ayrı-ayrılıqda mövcud olacaq.

 

ABŞ daha dərin özünütəcrid yolunu tutacaq

“Strategic Forecasting” bildirir ki, ABŞ bütün dünyada ən böyük iqtisadiyyat olaraq qalsa da, dünyanın qalan hissəsindən daha dərin özünütəcrid yolunu tutacaq.

Birləşmiş Ştatlar dünyadakı münaqişələrə daha az müdaxilə etməyə çalışcaq.
Hesabatda deyilir ki, növbəti onillik ərzində Birləşmiş Ştatlar beynəlxalq aləmdə daha az görünəcək.

 

Quran İncildən daha rəhmlidir?

“The İndependent” qəzeti yazır ki, xüsusi kompüter proqramı vasitəsilə aparılmış mətn təhlili İncilinQurandan daha “zorakı” olduğunu aşkar edib.

Müqəddəs kitablar arasında tekstoloji baxımdan ən sərti Əhdi-ətiq çıxıb.

İncil – “Əhdi-ətiq” (Qədim əhd) və “Əhdi-cədid” (Yeni əhd) adlı iki kitabdan ibarətdir.

Birinciyə həm yəhudilərin, həm də xristianların tapındığı halda, ikincisi sırf “Xristian kitabı” sayılır.

Sözügedən təhlilin nəticələrinə görə, bu üç kitabın arasında tekstoloji baxımdan ən sərti Əhdi-ətiqdir. Sərtliyə görə ikinci yerdə Əhdi-cədid gəlir. Təhlil Quranın bu iki kitabdan daha “mərhəmətli” olduğunu göstərib.

 

“Zorakılıq və dağıntı”

“The İndependent” yazır ki, mətnşünaslar “zorakılıq və dağıntı” ilə bağlı sözlərə Xristian kitablarında Qurandan daha çox rast gəliblər.

Kompüter proqramları mühəndisi Tom Anderson apardığı analizin nəticələrini əks etdirən bloqda yazıb ki, onun belə bir təhlilə müraciət etməsinə səbəb hansı müqəddəs kitabın daha zorakı olduğu barədə davam edən ictimai debatlar olub.

Qərb mediasında bir sıra şərhçilər İslam təməlçiliyindəki zorakılıqların Qurandan qaynaqlandığı barədə fikir yürürdürlər.

Mühəndis yazır ki, o, özünün yaratdığı Odin Text adlı proqramla İncilin Yeni Beynəlxalq Versiyasını və Quranın ingiliscə 1957-ci il nəşrini təhlil edib.

 

Qəzəb və inam

Anderson deyib ki, kompüter proqramı verilən tapşırığı iki dəqiqə ərzində yerinə yetirib.
Proqram üçün sözlər – Sevinc, Gözlənti, Qəzəb, İkrah, Kədər, Təəccüb, Qorxu/Nigarançılıq və İnam kimi kateqoriyalara bölünüb.

Təhlil göstərib ki, İncildə “qəzəb”, Quranda isə “inam” emosiyası üstünlük təşkil edir.
Sonrakı təhlillər Əhdi-ətiqin Əhdi-cədiddən daha zorakı olduğunu nümayiş etdirib. Əhdi-ətiq Qurandan iki dəfə artıq zorakı olaraq qiymətləndirilib.

Anderson bildirib ki, ümumi nəticəyə görə, İncilin Əhdi-ətiq kitabı müqəddəs kitabların arasında ən zəhmlisi olub.

 

Bu, məzmun yox, mətn təhlilidir

“Ölüm və dağıntı” emosiyaları Əhdi-cədiddə (2,8 faiz) Qurandan (2,1 faiz) bir qədər artıq olub.

Əhdi-ətiq üçün bu rəqəm 5,3 faiz kimi qiymətləndirilib. Proqramın müəllifi xəbərdarlıq edib ki, o, öz təhlili ilə İslamın daha zorakı olub-olmadığını müəyyən etmək məqsədini qarşıya qoymayıb. Anderson bildirib ki, Əhdi-ətiq, Əhdi-cədid və Quran İudaizmin, Xristianlığın və İslamın yeganə “ədəbiyyatı” deyil.

Proqramçı bir daha vurğulayıb ki, onun təhlili məzmun yox, sadəcə söz və ifadələrin riyazi analizinə söykənib.

BBC 

Previous Post

Rusiya, ABŞ və Avropanı nələr gözləyir? – ŞOK PROQNOZ

Next Post

Keçmiş məmurlara 250 min dollarlıq hədiyyə – «The Guardian» gündəmə gətirdi

Bənzər yazılar

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49

Hamı danışır. Bəs kim dinləyir? "Bilən çox danışmır. Çox danışan çox vaxt çox bilmir." — Lao Tszi Bir dəfə qəbuluma...

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Next Post

Keçmiş məmurlara 250 min dollarlıq hədiyyə - «The Guardian» gündəmə gətirdi

Keçmiş məmurlara 250 min dollarlıq hədiyyə - «The Guardian» gündəmə gətirdi

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.