Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) 2036-cı ilə qədər Ayda elektrik stansiyası tikməyi planlaşdırdığını açıqladı.
Elchi.az xəbər verir ki, Roskosmos yazılı açıqlamasında kosmik tədqiqat şirkəti Lavochkin ilə müqavilə imzalandığını açıqlayıb.
Lavoçkin ilə razılaşma çərçivəsində birgə işlərin aparılacağı bildirilən bəyanatda deyilir: “Bu səylərin nəticəsi olaraq, Rusiya 2036-cı ilə qədər Ayda elektrik stansiyası qurmağı hədəfləyir. Layihə davamlı fəaliyyət göstərən elmi Ay stansiyasının yaradılması və uzunmüddətli Ay tədqiqat proqramına keçid yolunda mühüm addımdır.”
Roskosmos və Çin Milli Kosmik Administrasiyası arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması ilə bağlı anlaşma memorandumu imzalandı.
Məryəm





















