Albaniyada Rusiya vətəndaşı olan iki kişi və qadın saxlanılıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hər iki şəxs Ukrayna vətəndaşı ilə birlikdə hərbi zavoda sızıb, orada şəkillər çəkmək istəyiblər.
“Rusiya və Ukrayna pasportları olan 3 nəfər zavoda sızmağa çalışıblar. Hazırda onlar saxlanılıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, onları saxlamaq istəyərkən qarşıdurma baş verib.
Zavodun direktoru Lorents Zaninin sözlərinə görə, şübhəlilər zavodun ərazisinə daxil olarkən gözyaşardıcı spreydən istifadə ediblər. Nəticədə iki əsgər xəsarət alıb.
Saxlanılan Rusiya vətəndaşlarının adları məlum olub. Onlar 23 yaşlı Mixail Zorin və 33 yaşlı Svetlana Timofeyevadır.
Hər 3 şəxs casusluqda ittiham olunur.
Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb
Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...