"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?

18 İyun 2016 - 13:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?
Sosial şəbəkələrdə “rus qoşunlarının Azərbaycandan çıxarılmasının səbəbkarı Əbülfəz Elçibəy deyil, Rəhim Qazıyevdir” kimi məlumatlar yayılıb. Məlumatı yayanlar iyunun 15- də Məhəmməd Hatəminin yaz mərasimində Rəhim Qazıyevin bu iddianı təsdiq edən rəsmi sənədlər göstərdiyini bildirirlər.
Ə.Elçibəyin prezidentliyi dönəmində Baş nazir olmuş Pənah Hüseyn Meydan TV-yə açıqlamasında məsələyə münasibət bildirib:
“Ümumi şəkildə yanaşılsa, istənilən ölkədə xarici dövlətin hərbi mövcudluğu məsələləri dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi strateji kurs, doktrina, siyasi qərarlar, və nəhayət, hüquq- müqavilə sənədləri ilə həll edilir. Konkret halda bu idarəçilik modelindən asılı olaraq dövlət başçısının, hökumətin qərarları və parlamentlərin ratifikasiyasını nəzərdə tutur. Məsələnin texniki tərəfi isə təbiidir ki, ayrı- ayrı sahələr üzrə məsul olan aidiyyati idarələr və məmurlar tərəfindən icra olunur. Bununla bağlı onlar tərəfindən danışıqlar, müzakirələr, razılaşdırmalar aparılır, texniki – təşkilati işlər görülür, digər hərəkətlər edilir, sənədlər, aktlar tərtib edilib, verilmiş səlahiyyətli şəxs statusunda imzalar atılır və s.
Ayaz Mütəllibovun dövründə keçmiş SSRİ-dən qalma hərbi hissələrlə bağlı bu proses, ümumiyyətlə, başlamamışdı və o, özü də dəfələrlə bəyan edib ki, prinsipcə Rusiya qoşunlarının Azərbaycanda qalmasının tərəfdarı olub, Xalq Cəbhəsinin bu barədəki mövqeyini doğru hesab etməyib.
Azərbaycandan Rusiya qoşunlarının çıxarılması AXC hakimiyyəti dövründə, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində başlanıb və 25 may 1993-cü ildə yenə onun prezidentliyi dönəmində, keçmiş SSRİ və Avropa məkanında ilk olaraq başa çatıb. Odur ki, heç şübhəsiz yeni dövr tarixinin ən mühüm hadisələrindən biri olan bu olayın, Prezident tərəfindən müəyyən edilib ifadə olunan və həyata keçirilən bu məsələnin Əbülfəz Elçibəyin adı ilə bağlı olması tamamilə təbii, haqlı və ədalətlidir. Bu proseslə bağlı müdafiə naziri kimi Rəhim Qazıyevin, yaxud bir başqasının hansısa bu və ya digər sənəddə imzasının olması “rus qoşunlarını Azərbaycandan mən çıxarmışam” iddiasına əsas verə bilməz. Məsələn, Azərbaycanı axırıncı rus əsgərinin tərk etdiyi gün – 25 may 1993- il tarixində Gəncə və Şəmkirdə dislokasiya edilən 104-cü hava – desant dviziyasının çıxarılması hesab edilir. Bu diviziyanın çıxarılması ilə bağlı icra xarakterli işlərə aid təhvil-təslim aktlarında və digər sənədlərdə həmin dviziyanın komandanlığı ilə Azərbaycanın o vaxtkı müdafiə naziri Dadaş Rzayevin və AR MN rəhbərliyinə daxil olan digərlərinin imzaları var, konkret işlər onun tərəfindən aparılıb. İndi Dadaş Rzayev bunu əsas göstərib iddia etsin ki, rus qoşunlarını Azərbaycandan o çıxarıb? Bu nədirsə, Rəhim Qazıyevin iddiası da, -əgər o həqiqətən belə iddia ilə çıxış edirsə – o cür şeydir”.
Pənah Hüseyn deyir ki, məsələnin konkret tərəflərinə, təfərrüatlarına gəldikdə, hələ SSRİ dövründə – 1990-cı ilin 19 noyabrında, NATO və Varşava Müqaviləsi Təşkilatı ölkələri arasında bağlanmış Paris müqaviləsinə görə, SSRİ- nin biri də Zaqafqaziya olmaqla 4 zonası uzrə adi silahlı qüvvələrin kvotaları müəyyən edilmişdi və bu kvotadan artıq silahların ixtisarı, həmin zonalardan çıxarılması nəzərdə tutulmuşdu: “Bu istiqamətdə işlər aparılırdı. SSRİ dağıldıqdan sonra bu məsələ yeni şəkildə meydana çıxdı və 1992-ci il, mayın 15-də Daşkənddə MDB – yə daxil olan ölkələrin dövlət başçıları və nümayəndələrinin toplantısında yuxarıda adı çəkilən müqavilənin yerinə yetirilməsi prinsipləri və qaydaları haqqında Saziş imzalandı. Həmin Sazişə görə, Zaqafqaziya dövlətləri olaraq Azərbaycan, Ermənistan və Gürcüstan üçün bərabər kvotalar müəyyən edildi. Kvotaya görə, hər bir respublika bərabər sayda, 220 tank, 220 BMP, 285 artilleriya sistemi, 100 döyüş təyyarəsi, 50 döyuş vertolyotuna malik ola bilərdi. Azərbaycanın MDB-nin üzvü olmadığına baxmayaraq həmin saziş    orda hansı səlahiyyət və qisimdə iştirak etməsi indi də axıradək aydın olmayan Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev tərəfindən də imzalanmışdı. (Rəhim Qazıyevin bu məsələ barədə sonradan verdiyi izahatlar var, lakin onlar inandırıcı görünmür, ziddiyyətlidir və mübahisəlidir.) Sonradan bu saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilmədi. Ratifikasiya əleyhinə əsaslardan biri də bundan ibarət idi ki, Saziş Azərbacanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 7- ci maddəsinə (habelə həmin müddəanın yerinə yetirilməsi ilə bağlı Azərbaycan ərazisindəki SSRİ SQ- nin silah və əmlakının milliləşdirilməsi haqqında 18 oktyabr 1991- ci il tarixli qanunvericilik aktına) ziddır .
Belə ki, həmin Konstitusiya  aktına görə Azərbaycan SSR ərazisindəki keçmiş SSRİ- yə məxsus bütün, o cümlədən hərbi mülkiyyət Azərbaycan Respublikasının səlahiyyətinə keçirdi və yalnız beynəlxalq müqavilələr əsasında SSRİ məkanında yaranmış digər dövlətlərə verilə bilərdi. 18 oktyabr 1991 –ci il tarixli Fərmana əsasən isə ölkə ərazisindəki bütün silah sursatın milliləşdirilməsi və Azərbaycan milli ordusunun mülkiyyətinə keçməsi elan edilmişdi. Lakin 18 may tarixli Daşkənd sazişi   Azərbaycan üçün  müəyyən olunmuş kvota xaricindəki silahların   digər dövlətin, konkret olaraq Rusiya Federasiyasının kvotasına aid olunmasına   imkan yaradırdı. Nəticədə Azərbaycandakı bir sıra hərbi hissələr  Konstitusiya Aktına görə Azərbaycana məxsus olan silahla birlikdə ölkəni ya tərk etməli, ya da Azərbaycanda Rusiya kvotası daxilində, Rusiya hərbi hissəsi kimi  qala bilərdi. Buna görə  104-cü diviziya Rusiya Silahlı Qüvvələrinin hərbi birləşməsi kimi Azərbaycan ərazisində qaldı. Eyni situasiya 1990- cı il müqaviləsinin təsir dairəsinə daxil olmasa da, Xəzər hərbi donanmasına münasibətdə də yarandı. Müstəqillik haqqında Konstitusiya Aktına görə, Bakı hərbi limanına bağlı bütün gəmilər Azərbaycanın mülkiyyətinə keçməli idi. Lakin 30 faiz payla kifayətlənməli olduq, həm də ən müasir və döyüş qabiliyyətli gəmilər Rusiya Federasiyasına verildi. Baxmayaraq ki, Rusiya 19 mart 1992- ci il tarixli 260 saylı Prezident Fərmanı ilə Zaqafqaziya hərbi dairəsindəki hərbi birləşmələri və Xəzər hərbi donanaması üzərində öz müvəqqəti yurisdiksiyasını elan etmişdi,  bu addım birtərəfli olduğuna görə Azərbaycan tərəfindən tanına bilməzdi.
Digər tərəfdən, bu yurisdiksiyanın müvəqqəti olması, regiondakı qeyri-stabillik, hərbi qulluqçuların həyatı üçün təhdidlər, silahların mühafizəsi,  millətlərarası münaqişələrin mövcudluğu, məsələyə dair dövlətlərarası müqavilələrin olmaması ilə əsaslandırılırdı ki, bunlar da problemi müzakirə üçün açıq saxlayırdı. Beləliklə İstər 1990-cı ildəki Paris müqaviləsi, istərsə də 1991-ci ilin dekabrında SSRİ- nin ləğvindən sonra Rusiya Federasiyası və digər postsovet ölkələri, habelə MDB hüquq –müqavilə bazası və praktikası məcbur etmirdi ki, Azərbaycan tərəfi heç bir qeyd-şərtsiz bur sıra müddəaları onun üçün açıq-aşkar əlverişli olmayan Daşkənd sazişini imzalasın. Yeri gəlmişkən, Rusiya Federasiyasının Silahlı Qüvvələri də rəsmən yalnız 7 may 1992- ci ildə Rusiya prezidenti B.Yeltsenin 466 nömrəli Fərmanı ilə elan edildi. Həmin tarixə qədər digər respublikalarda, və o cümlədən, Azərbaycanda SSRİ dövründən qalan hərbi hissələr formal – hüququ baxımdan MDB Birləşmiş Silahlı Qüvvələri adı altında saxlanırdı və yeni müstəqil dövlətlərin, o cümlədən Rusiyanın milli orduları, silahlı qüvvələri tərkibinə daxil deyildi. Yəni Azərbaycanda Rusiya qoşunlarının mövcudluğu, qalması və ya çıxarılması problemi hüquqi cəhətdən 15 may 1992- ci tarixindən meydana çıxıb”.
Keçmiş Baş nazir deyir ki, 1992- ci ilin may- iyunundan  Avropada adi silahlı qüvvələr haqqında müqavilənin yerinə yetirilməsi çərçivəsində keçmiş SSRİ-nin Azərbaycanda yerləşən hərbi hissələrinin bir hissəsinin Azərbaycan Milli Ordusuna təhvil verilməsi və Azərbaycan Milli Ordusunda xidmət etmək istəməyən şəxsi heyətin ölkədən çıxması prosesi vüsət alır ki, bu proses Azərbaycanı tərk edən hissələrin kvotaya daxil olmayan silahlar, digər hərbi sursat və daşınar əmlakı özləri birlikdə aparmaq çəhdləri ilə müşühidə edilir: “Prinsipcə bu proses Azərbaycanın MDB-yə, onun Kollektiv Təhlükəsizlik Təşkilatına, daha sonra 1992-ci ilin iyununda “münaqişəli” zonalara MDB sülhməramlılarının yerləşdirilməsi, xarici sərhədlərin birgə qorunması, yəni Rusiya ilə birlikdə qorunması haqqındakı sazişlərə qoşulmaqla başqa bir məzmun kəsb edib, başqa istiqamət ala bilərdi və Rusiya tərəfdən təkidlə belə müraciətlər, təkliflər edilirdi.
Lakin məhz Azərbaycan Prezidentinin bu məsələlərdə qəti və dəyişməz mövqeyi onunla nəticələndi ki, Zaqafqaziya hərbi dairəsinə daxil olan 4-cü ordusuna məxsus Şəmkirdəki 23- cü , Bakıdakı 295- ci, Lənkərandakı 6-cı dviziyalar (və ya onlardan nə qalmışdısa, çünki bir sıra silah-sursatın çıxarılması və tərkisilah tədbirləri xeyli əvvəldən aparılırdı) və digər hərbi hissələr Azərbaycan ordusuna təhvil verildi və ya ləğv edildi. Lakin bundan sonra da Gəncə və Şəmkirdə dislokasiya edilən və o dövrdə keçmiş SSRİ ərazisində ən döyüş qabiliyyətli hava – desant birləşməsi hesab edilən 104- cü diviziya Azərbaycan və Rusiya arasında   müqavilənin olmamasına rəğmən, qeyri müəyyən statusda, artıq Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissəsi kimi Azərbaycan ərazisində qalmaqda davam edirdi. Rusiya rəhbərliyi, Rusiya Müdafiə Nazirliyi Azərbaycanda yeganə məhz bu diviziyanın hərbi baza statusunda qalmasında təkid etmişdi və faktiki olaraq Azərbaycandan Rusiya qoşunlarının çıxarılması deyərkən 104-cü diviziyanın çıxarılması başa düşülür. 104-cü diviziyanın Azərbaycandan çıxarılması məsələsi isə birmənalı şəkildə prezident Əbülfəz Elçibəyin mövqeyi və təkidi nəticəsində baş tutmuşdu.
Belə ki, Rusiya Müdafiə Nazirliyi 104-ün Azərbaycanda qalması şəraitində, müvəqqəti çağırış heyətinin əsasən Azərbaycan vətəndaşları hesabına komplektləşdirilməsi, milli hərbi desant kadrlarının hazırlanmasında kömək olacağı, birgə təlimlər, silah təchizatı və s. cəlbedici təkliflər verirdi. Tam məsuliyyətlə bildirirəm ki, buna və digər mülahizələrə görə, həm Azərbaycan Müdafiə Nazirliyi, həm də siyasi rəhbərliyə daxil olan şəxslər arasında 104- cü dviziyanın Azərbaycandan dərhal çıxarılmasına münasibət birmənalı deyildi, tərəddüdlər vardı və məsələni şəxsən prezident Elçibəyin mövqeyinin dəyişməz qalması həll etdi. Qeyd etmək lazımdır ki, 104- cü diviziyanın çıxarılması ilə bağlı hüquqi- siyasi və texniki – təşkilati sürəc Rəihm Qazıyevin artıq müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra (R. Qazıyev 1993- cü ilin 20 fefralında MN vəzifəsindən azad edilib red.) başlamış və başa çatdırılmışdır və ona heç bir aidiyyəti yoxdur. Odur ki, Rusiya qoşunlarının Azərbaycandan Əbülfəz Elçibəyin çıxarması, həm ümumi siyasi, həm də konkret xüsusi mənada tam həqiqətdir və  birmənalı şəkildə onun adı ilə bağlıdır”.
(18 iyun 2016- cı ildə Meydan TV- də dərc olunub. Musavat.com mətndəki bəzi texniki məsələləri P. Hüseynlə əlaqə saxlayaraq dəqiqləşdirib.)
Previous Post

Rus qoşunlarını Azərbaycandan kim çıxarıb?

Next Post

Enrike İqlesiası Bakıda qucaqlayan qız kimdir?

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post

Enrike İqlesiası Bakıda qucaqlayan qız kimdir?

Prezident “Nobel” laureatı ilə görüşüb - FOTOLAR (VİDEO)

Son xəbərlər

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

01 Oktyabr 2026 - 16:54
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.