Yeni təyin olunmuş general Sergey Surovikinin komandanlığı altında olan rus qoşunları daha effektiv fəaliyyət göstərir. Lakin Rusiya ordusu aşağı səviyyədəki zəif rəhbərlik ucbatından parçalanıb.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Rusiyanın Dneprin sağ sahilindən geri çəkilməsi əvvəlkilərə nisbətən daha təşkilatlanmış səviyyədə idi. Nəqliyyat vasitələrinin itkiləri yüzlərlə deyil, onlarla idi. Bundan başqa, ruslar Ukrayna ordusunun əlinə keçməməsi üçün xeyli hərbi texnikanı da məhv etmişdilər. Bu nisbi uğur ehtimal ki, qismən general Sergey Surovikinin rəhbərliyi altında daha effektiv vahid əməliyyat komandanlığı ilə bağlıdır. Bununla belə, qüvvələr hələ də kiçik və orta səviyyəli zabit heyətinin pis rəhbərliyi ucbatından parçalanıb”, – hesabatda qedyd olunub.
Qeyd olunub ki, Şərq Hərbi Dairəsindən olan iki tağımı komandirklərinin ölümündən sonra döyüş meydanından qaçıblar. Digər zabitlər də bu hadisənin üstünü örtmək üçün yalan danışmağa məcbur olublar.
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var. Elchi.az xəbər verir ki, bu barədə Rusiya...