Bu saatlarda Liman ətrafında çox güclü döyüşlər gedir. Biz bu ərazini itiririk. Amma bu o demək deyil ki, təslim olduq. Yaxşı cavab planımız var.
Elchi.az xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalının efiri zamanı canlı yayıma çıxan qondarma “dxr”in “Şərq” batalyonunun komandiri Aleksandr Xodakovski deyib.
“Limanı geri qaytarmaq Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi idi. Onlar bunu etmək üçün addım-addım irəliləyirdilər. Biz əlimizdən gələni edirik, amma onlar inadkarcasına hücumlara davam edirlər. Bu ərazini ələ keçirmək Ukraynanın gələcək hücumlarına böyük imkanlar yaradır. Bu şəhərin itirilməsi bizə güclü zərbədir. Amma bu məğlubiyyətimiz müharibəni tam uduzmağımız demək deyil”, – deyə komandir qeyd edib.
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib
Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...





















Son şərhlər